Xədicə İsmayıl ittihamlara cavab verdi
30-01-2013, 10:10
Oxunub: 6 397
“Mən siyasi mövqe bildirməmişəm, zorakılığa qarşı etiraz etmişəm. İkinci, heç bir partiyanı dəstəkləmirəm və heç bir siyasi liderin arxasınca getmirəm, o cümlədən, siyasi simpatiyalarımı ifadə etmirəm. Mən bildirirəm ki, hökumət vətəndaşla zor diliylə danışmamalı, aşırı zor tətbiq etməməlidir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl “Bizim Yol” qəzetinə müsahibəsində aksiyalarda iştirak etməsi ilə bağlı ittihamlara cavab verərkən deyib. O bildirib: “İsmayıllı hadisələrində mənim həmkarlarım da gözyaşardıcı qazdan zəhərləniblər, biz buna susmalıyıq? Mən hesab etmirəm ki, susmalıyam! Üçüncü, şənbə günü istirahət günü olduğundan vaxtımı ürəyim istədiyim kimi keçirirəm. Aksiyada jurnalist yox, etirazçı kimi iştirak edirdim”.
X. İsmayıl deyib ki, o, hökumətin vətəndaşlara zorakılıq tətbiq etməsinə, zorakı şəkildə aksiyaların dağıdılmasına və insanların ifadə azadlığının pozulmasına etiraz edib.
Jurnalist “12 yanvar aksiyasından sonra YAP-çı deputat Mübariz Qurbanlı bildirmişdi ki, mitinqdə «Azadlıq Radiosu»nun əməkdaşlarının fəallığı təşkilatçının Amerika olduğunu təsdiqləyir...” sualına belə cavab verib: “Mənim istirahət günümdə hansısa aksiyaya çıxmağıma «Azadlıq Radiosu»na heç bir aidiyyatı yoxdur. Xatırlatdığınız aksiyada məni bir sual maraqlandırır, necə olur ki, YAP-çıların övladları ön cəbhədə xidmət etmirlər, yaxud Mübariz Qurbanlının uşaqları niyə xidmət etmir ön cəbhədə? Niyə yalnız kasıbların uşaqları ön cəbhədə xidmət etməlidir? Bu ölkədə yaşadığımızdan vətənimizin necə qorunduğu bizim də işimizdir. Bir vətəndaş kimi mənim suallarım var və bu sualları YAP-ın qarşısında vermişəm. Əgər Azərbaycanda prezident, hökumət üzvləri vətəndaşlarıyla danışsaydı, suallarımızı vermək üçün küçələrə çıxmağa ehtiyac olmazdı. Bunu etmədiklərindən meydanlara çıxmağa məcbur oluruq. Mən jurnalist olmaqla bərabər həm də vətəndaşam. Ən azından YAP öz idbar qəzetləriylə bu yöndə danışmamalıdır. Məsələ ondadır ki, Azərbaycan kimi ölkələrdə beynəlxalq jurnalistika standartları keçmir. Bəli, ABŞ-da jurnalistin mövqeyini bildirməmək imkanı var. Çünki Amerikada güclü vətəndaş cəmiyyəti olduğundan hakimiyyət insanlarla hesablaşır. Bu ölkələrdəki sadaladığım amillər yoxdur, yəni mən vətəndaşlıq borcumu yerinə yetirmədən özümü vicdanlı adam hesab edə bilmirəm”.
O, polislərə qarğış etməklə bağlı ittihamlara da cavab verib: “Eynulla Fətullayevin idarə etdiyi haqqın.az saytında bunu yazmışdılar. Ya Azərbaycan dilini bilmirlər, ya da rusca ifadə edə bilmirlər. Mən qarğış etməmişəm, demişəm ki, bu cür davam etsə, bu cür də olacaq. Yəni qarğış etmək mənim üslubum deyil. Sadəcə, Eynulla Fətullayev ya Azərbaycan dilini bilmir, ya da Mübariz Qurbanlının oxumaq istədiyi şəkildə yazır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər