BolgeXeber.Com » Müsahibə-Reportaj » Əkrəm Əylisli Siyavuş Novruzovu xəstə adlandırdı

Əkrəm Əylisli Siyavuş Novruzovu xəstə adlandırdı

30-01-2013, 16:25
Oxunub: 5 741 "Yalan deyənin atasına min lənət"

“Ermənilər Andranikin yerində, ya da yanında Əkrəm Əylislinin heykəlini qoyacaqlar”. Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
YAP-çı deputat Ə. Əylisinin bu yaxınlarda Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da çap olunan “Daş yuxular” romanına münasibət bildirərkən belə deyib: “Bütün erməni yazıçıları birləşsəydi, dırnaqarası erməni həqiqətlərini rus dilində, beynəlxalq jurnalda dünyaya çatdırmaq istəsəydilər, bunu edə bilməzdilər. Bu qədər azərbaycanlını, türkü, nə qədər çalışsaydılar aşağılasınlar, aşağılaya bilməzdilər. Əkrəm Əylisli bunların hamısını bir dəfəyə eləyib, onların yerinə həll elədi”.
Yazıçı Əkrəm Əylisli Bizimxəbər.az-a danışaraq səslənən ittihamlara cavab verib: “Siyavuş Novruzov bu sözləri deyibsə deməli bu adam xəstədir. O əvvəl psixiatra müraciət etsin, sonra kiminsə haqqında belə ittihamlar irəli sürsün. Belə fikirləri səsləndirən adama normal baxmaq olmaz. Sadəcə olaraq hansısa yazıçını tanımadan özündən söz uydurmaq xəstəlik əlamətidir. Yəni, bir söz deyəndə, fikir yürüdəndə bir balaca Allahların, heç olmasa anaların yadlarına salsınlar ki, bunar insandırlar təkcə siyasətçi deyillər. Əgər siyasətçi olmaq üçün insan olmamaq lazımdısa heç siyasətçi də olmasınlar. Tam arxayınam ki, mən Azərbaycan xalqının şərəfinə toxunan bir kəlmə belə söz yazmamışam. Belə fikirlər məni alçaltmaq, əymək üçündür. Nə qədər çalışsalar da son nəticədə özləri məğlub olacaqlar və mənə şər atmasınlar”.
Yazıçı səslənən ittihamların onun Rüstəm İbrahimbəyovun ətrafında olmasıyla əlaqəsinin olub olmamasına da münasibət bildirib: “İbrahimbəyovun yanında olan ziyalıların hamısı sərbəst fikirli insanlardı. Ona görə də məsələni qatıb qarışdırmasınlar. Əgər məni də bu məsələyə görə təhqir ediblərsə bu ziyalılar forumunu nüfuzdan salmaq, onun cəmiyyətdəki hörmətinə xələl gətirmək deməkdir. Bu insanların bütün fəalyyətləri ölkənin nüfuzunu qaldırmaqdan ibarətdir. Forum da buna hesablanıb yaradılıb. Forumu yaradanlar ele insanlardır ki, bu ziyalılar xalqın şərəfini heç vaxt alçaldan hərəkətlərə yol verməzlər. Bir daha mənim məsələmə qayıdaraq bildrimək istəyirəm ki, yazıçı öz fikirlərində tamamilə azad insandır. Yadlarına ədəbiyyat tarixindən Lev Tolstoy salıram. O tanınmış yazıçı olub sərbsət fikirlərlə əsərlər yazıb və xırda xalqlardan olan avarların nümayəndəsinə hədsiz məhəbbətlə əsər də yaradıb. Qısası, əgər yaltaqlıqla hərəkət eləmirsənsə sənə də şər atacaqlar. Əlbəttə bunların yaşayışları belə yoldan keçir. O şər atan adamlara dönə-dönə bildirirəm – həyat tərzimə toxunmayın. Siyavuş Novruzov guya mənim ən böyük arzumun Ermənistanda səfir olmaq olduğunu deyib.Yalan deyənin atasına min lənət. Əvvəla mən Ermənistanda necə səfir olmaq istəyə bilərdim ki, biz neçə illərdi bu ölkəylə əlaqəni kəsmişik…
Bu adam bir danışanda fikirləşsin gərək. Hansı ildə bu mümkün ola bilərdi, sovet dönəmində? O dönəmdə heç Siyavuş olmayıb. İndi həmin Siyavuşu deputat seçildiyi yerdən heç üzün görən də yoxdu. Siyavuşun xəstə təxəyyülünün məhsulunun nəticəsi olan fikrinə cavab verirəm ki, əgər o, 90-cı illərdən danışırsa o illərdə bizim Ermənistanla səfir məsələsi ətrafında söhbət belə olmayıb. Bunlar mənasız söhbətlərdi və bu adamlar şər ata-ata getməsinlər. Özlərini inandıra biləcək söhbətlər eləsinlər. Mənə qarşı hücuma keçsələr mən Azərbaycan konstitusiyasının mənə verdiyi hüquqlarımdan istifadə edəcəyəm. Bunlarla mübarizə aparacam. Sadəcə olaraq, hələ ki, istəmirəm məsələ şişsin”.