BolgeXeber.Com » Müsahibə-Reportaj » “Prezidentə kömək etməliyik”

“Prezidentə kömək etməliyik”

15-02-2013, 12:20
Oxunub: 5 810 Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında prezidentin fevralın 12-də keçirdiyi müşavirədən danışıb.

Bolgexeber.com-un məlumatına görə, millət vəkili bildirib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən, öz yolunu azmış, harınlamış məmurların vəzifələrindən uzaqlaşdırılması üçün prezidentə kömək etməliyik.

Millət vəkili Fərəc Quliyev isə Milli Məclisin Ehtiyat Fondunun yaradılmasını təklif edib. O, Prezident Administrasiyası, Nazirlər Kabinetinin bu təklifə dəstək olmağa çağırırb.