Deputatdan TQDK-ya ağır ittihamlar
15-03-2011, 18:55
Oxunub: 7 633

Fəzail Ağamalı: “Qeyri-leqal repetitorlar TQDK-da qəbul imtahanları üçün ayrı-ayrı fənlər üzrə suallar hazırlayan şəxslərlə şəbəkə yaradıblar”
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətini sərt tənqid edib. Bolgexeber.com-un məlumatına görə, Milli Məclisdə hökumətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı millət vəkili bildirib ki, TQDK sədri Məleykə Abbaszadə tez-tez mətbuat konfransları keçirir və təhsil sistemində mövcud problemləri həll etmək əvəzinə, açıqlamaları ilə ictimai rəyi çaşdırır: “TQDK sədri bu gün orta məktəbi bitirənlərin savadsızlığından danışır, amma həmin savadsızların hansı yolla ali məktəblərə qəbul olması şübhə doğuran məqamdır. Ali məktəblərə qəbul olan həmin savadsızlar universiteti başa vurub, orta məktəbdə işləyir, savadsız şagird hazırlayırlar”.
Fəzail Ağamalı TQDK-nın ünvanına daha bir sərt ittiham səsləndirib: “Qeyri-leqal repetitorlar təhsil sistemini iflic ediblər. Repetitorlar TQDK-da ayrı-ayrı fənlər üzrə sualları hazırlayanlarla şəbəkə təşkil edirlər. Heç kimə sirr deyil ki, BDU-nun hüquq fakültəsinə və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100 min, 150 min manatla ölçülür. 700, 800, 1000 tələbənin ali məktəbə qəbulundan alınan pulun miqdarı milyonlara çatır. TQDK-da rüşvətə son qoyulması üçün əlavə islahatların aparılmasına ehtiyac var”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər