Bakıda biznesmen oğlunun məzarı üstündə özünü güllələyib
16-03-2011, 12:55
Oxunub: 8 075

O, mollaya “Məni oğlumun yanında dəfn edərsiniz” deyərək özünü vurub
Azərbaycan paytaxtında qəbiristanlıqda intihar hadisəsi baş verib. Bu barədə Bolgexeber.com- a Sabunçu rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun II Zabrat qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Qəsəbə sakini, 48 yaşlı Kamran Vəliyev oğlunun məzarı üstündə “Naqan” tipli tapançadan başına atəş açıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. K. Vəliyev vəziyyəti ağır qiymətləndirilir.
Sabunçu Rayon Polis İdarəsi K. Vəliyevin özünə qəsd etməsinin səbəblərini açıqlayıb.
İdarədən bildirilib ki, K. Vəliyevin 17 yaşlı oğlu bir il əvvəl, atasının doğum günündə xəstəlikdən dünyasını dəyişib. Bu hadisəyə dözə bilməyən ata bir neçə dəfə özünü öldürəcəyini bildirib. K. Vəliyev ötən gün oğlunun məzarını ziyarət edib, övladının ruhuna dualar oxudub. Sonra isə qəbiristanlıqda olan mollaya “Məni oğlumun yanında dəfn edərsiniz” deyərək tapança ilə özünü vurub. Hadisənin canlı şahidi olan molla yaralını təcilli xəstəxanaya aparıb.
Onu da qeyd edək ki, K. Vəliyev bizneslə məşğul olur.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər