Qurbanovun mətbuat konfransına cəmi 3 jurnalist gəldi - Foto
13-12-2018, 12:11
Oxunub: 5 059
İngiltərədə “Arsenal”la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl “Qarabağ” klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər.
Bolgexeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.
Saytın əməkdaşından əlavə, zalda “BBC Azərbaycanca”nın redaktoru Toğrul Bağırov və özünü “Press Association” nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında “Arsenal”ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.
Q.Qurbanov bununla bağlı suala cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin “Qarabağ”ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:
“Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar”.
Qeyd edək ki, dekabrın 13-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər