Ermənistan Şuşada Mərkəzi Bankın filialını açdı
29-03-2011, 13:35
Oxunub: 4 408

Politoloq: "Separatçılar özlərini Ermənistandan asılı vəziyyətə salırlar".
Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyan Dağlıq Qarabağda olub. Bolgexeber.com portalı "Regnum"a istinadən bildirir ki, separatçı rejimin iqtisadi durumuna həsr olunan və Xankəndidə keçirilən seminara qatılmış Cavadyan "bəzi məsələlər"i Dağlıq Qarabağın "baş nazir"i Ara Harutyunyan, Dağlıq Qarabağın "hökumət üzvləri" və Ermənistan Mərkəzi Bankının İdarə Şurasının mənsubları ilə müzakirə edib.
Toplantıda ilk qərar Ermənistan Mərkəzi Bankının Şuşa şəhərində yerli ofisinin açılması ilə bağlı olub.
Müzakirə edilən digər məsələ isə İrandakı qanun dəyişiklikləri ilə bağlı olaraq yükdaşımaların tariflərinin artımı olub. Bu isə Ermənistanla yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimə də ağır zərbə vurub. Çünki Ara Harutyunyanın dediyinə görə, İrandan Dağlıq Qarabağa hər gün xeyli miqdarda yük daşınır.
Artur Cavadyanın dediyinə görə, Dağlıq Qarabağın kənd təsərrüfatı sektorunu inkişaf etdirmək və maliyyələşdirmək üçün Ermənistandakı kommersiya bankları qarabağlı ermənilərə güzəştli kreditlər ayıracaqlar.
Bakı Dövlət Universitetinin professoru, tarix elmlər doktoru Pərvin Dərabadi Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Ermənistandakı hakimiyyətin Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimə fasiləsiz maliyyə yardımları etməsi artıq "adiləşmiş" haldır.
"Dağlıq Qarabağdakı separatçı rejimdə məntiq olsaydı, Ermənistan Mərkəzi Bankının Şuşada filialını açmazdılar. Çünki onlar bu addımla Ermənistandan tam asılı olmaları ilə yanaşı, özlərini Ermənistanın faktiki olaraq bir hissəsi hesab etdiklərini ortaya qoydular. Dağlıq Qarabağdakı separatçı rejim özünü "dövlət" elan etsə də, işğal altinda olan ərazimiz de-fakto Ermənistanın bir əyalətinə çevrilib", - P.Dərabadi dedi.
Onun fikrincə, Yerevanın Dağlıq Qarabağa nəzarətinə və o cümlədən fasiləsiz maliyyə yardımlarına son qoymağın bir yolu var: "Həmin yol erməni işğalında olan ərazilərimizin azad edilməsi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığımızın bərpasıdır. Beynəlxalq təşkilatlara gəldikdə isə, onların vasitəsilə problemi həll etmək mümkün deyil. Bu qurumlar Ermənistanı "küsdürməmək" mövqeyi tutduğundan, beynəlxalq təşkilatlara ümid etmək və problemin onların köməyi ilə həll ediləcəyinə bel bağlamaq mənasız işdir. Son illərin təcrübəsi göstərir ki, Dağlıq Qarabağ münaqişəsində, xüsusilə də Ermənistanın Xankəndidəki separatçı rejimə dəstəyinin qarşısının alınmasında beynəlxalq qurumların effektivliyi sıfıra bərabərdir".
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər