Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama
23-09-2019, 14:21
Oxunub: 7 401
“Toylarda mövcud israfçılığın aradan qaldırılması mənasız yaşam tərzimizə məna gətirə bilər. Ona görə də toy məclislərinin dəbdəbəli olması kimi vəhşi adətləri, yanlışlıqları davam etdirməliyik”.
Sfera.az-a açıqlamasında bu sözləri Özbəkistanda ifrat toy məclislərinin keçirilməsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə və bununla bağlı qoyulan qadağalar fonunda Azərbaycanda da anoloji addımların tətbiqinin mümkünlüyünə toxunarkən, məsələyə ironik şəkildə yanaşan deputat Fazil Mustafa deyib:
“Düşünürəm ki, Özbəkistanda toy məclisləri ilə bağlı tətbiq olunacaq yeni qaydaların ölkəmizdə reallaşması zərərlidir. Biz vəhşi toy adətlərini davam etdirməliyik. Bütün məsrəfləri bu işə yönəltməliyik. Elə etməliyik ki, toy məclislərinin dəbədəbəli olması ömrünü hələ uzatsın. Əksinə, yas məclislərinə də çal-çağır və s. bu kimi dəbdəbəni tətbiq etməliyik ki, bunlar Azərbaycana məxsus bir adət-ənənə olsun”.
Deputat bildirib ki, toy və yas mərasimlərindəki dəbdəbənin aradan qaldırılmasına mərasim mafiyası maneə olur: “Hətta israfçılığın aradan qaldırılması ilə bağlı məsələ qaldırsan da, toy və yas mafiyası onun reallaşmasına əngəl olur. Amma əhalinin özü də məsələyə sağlam yanaşmır. Əhalinin böyük əksəriyyəti belə dəbdəbənin tərəfdarıdır. Dəbdəbəli toy adətlərimizin dəyişməsinə daha çox qadınlarımız müqavimət göstərir. Kişilər də onların sözü ilə oturub durur ki, bu da prosesi tormozlayır. Odur ki, ailələr də normal qurulmur, borca, xərcə düşürlər. Nəticədə proses elə bu minvalla da davam edir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər