BolgeXeber.Com » Müsahibə-Reportaj » "Karantini pozan rayonlulardır" deyən Şeyxə Rasim Balayevdən CAVAB

"Karantini pozan rayonlulardır" deyən Şeyxə Rasim Balayevdən CAVAB

2-07-2020, 17:30
Oxunub: 5 273 “Əbdül özü rayonlu deyil ki, belə söz deyir? Karantini pozanların rayonlu, şəhərli söhbətinə nə aidiyyatı var?”
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev həmkarı Şeyx Əbdülün “çayxanalarda, küçələrdə qanunu pozan, maska taxmayanlar da rayondan gələnlərdir” fikrinə münasibət bildirərkən deyib.
Aktyor hər kəsin məsuliyyətli olmasını vacib sayıb:
“Əbdülün fikrinə münasibət bildirmək istəmirəm. Amma hamımızın bir tərəfi rayonludur. Qaydaları pozanlar da təkcə rayonlular deyil. Birdəfəlik anlamaq lazımdı ki, hər kəs tibbi qaydalara əməl etməlidir”