Elman Türkoğludan İctimai Palataya sərt ittihamlar
30-04-2011, 17:05
Oxunub: 4 673

“Qurumun üzvlərinin 70 faizi mitinqlərə gəlmir, qorxurlar ki, mənim kimi qabırğaları qırılar”
“İctimai Palatanın (İP) sessiyasında mənim və bir neçə üzvün etirazından sonra dünən quruma üzv qəbul olundum”. Bolgexeber xəbər verir ki, bunu bayraqdar Elman Türkoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib. Onun sözlərinə görə dünən İP-nın sessiyasında bu məsələyə etiraz edib və üzvlüyünü tələb edib. İP rəhbərliyi isə onun üzv kimi qəbul olunmamasının səbəbini bayraqdar olması ilə əlaqələndirib. “Dedilər ki, sən bayraqdarsan . Azad olmalısan. Lakin sonra bir neçə üzv etiraz etdi ki, Milli Azadlıq hərəkatından bu günə qədər can qoyan Elman Türkoğlu İctimai Palatada olmalıdır. Bundan sonra üzvlüyüm qəbul olundu”.
Bayraqdan açıqlamasında mitinqlərin təxirə salınmasına da münasibət bildirib. Onun sözlərinə görə İP-nın sessiyasında müsavatçılar mayın 15-də mitinq keçirməyi təklif etsələr də bu təklif qəbul olunmayıb və mitinqin vaxtını təyin etmək İP-nın Koordinasiya Şurasına həvalə edilib. Lakin Elman Türkoğlu iddia edir ki, əgər mitinqlər bir neçə ay təxirə salınarsa xalqın İP-ya olan inamı qırılacaq. Mitinqlərin təxirə salınmasının səbəblərini isə o partiya rəhbərlərinin polisə çağırılması ilə əlaqələndirib. “Partiya rəhbərləri polisə çağırıldı. Orada onlara nə deyiblərsə, ondan sonra mitinqləri təxirə saldılar”. Bayraqdarın sözlərinə görə o belə bir məlumat əldə edib ki, mitinqlər sentyabra qədər təxirə salınacaq.
İctimai Palata ilə bağlı narazılığının nə olduğu sualına isə o, belə cavab verib: “İP-dan narazılığım yoxdur, amma istəyirdim ki, mitinqlər həftə sonuna yox həftə içi - 2-ci, 3-cü, 4-cü və 5-ci günlərdən birinə təyin edilsin. Çünki həftəsonu iş günü olmadığından heç kim olmur. Palatanın üzvlərindən isə yalnız 30%-i mitinqdə olur. İclaslarda pafosla danışanların çoxu mitinqdə gözə dəymir. Onlar qorxudan mitinqə gəlmirlər ki, mənim kimi qabırğaları qırılar. 70 faiz üzv kənarda qalır, mitinqlərə gəlmir. Bu problem həll olunmalıdır”.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər