Müəllimlər təyinatla göndərilməyəcək
4-05-2011, 16:50
Oxunub: 5 074

Misir Mərdanov: “Onlar nazirliyin keçirdiyi imtahanlarda iştirak edəcəklər və müvafiq bal toplayanlar məktəblərə göndəriləcək”
“Bu il Azərbaycanda orta məktəblərə müəllimlər təyinatla göndərilməyəcək”. Bolgexeber.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi (TN) bu il həmin sahədə yeniliklər edəcək.
M.Mərdanov deyib ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat veriləcək. Onlar elektron ərizə verməklə, nazirliyin keçirdiyi imtahanlarda iştirak edəcəklər. Müvafiq bal toplayanlar məktəblərə göndəriləcək. Hazırda Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin sayının kifayət qədər olduğunu deyən nazir vurğulayıb ki, əsas məqsəd orta məktəblərdə yalnız bilikli məzunların işə qəbulunu təmin etməkdir.
Təhsil naziri orta məktəblərə ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilməsinin tərəfdarı olmadığını da deyib. “Sumqayıtda baş vermiş məlum hadisələrdə bunun acı nəticələrini görmüşük".
Nazir bildirib ki, bütün orta məktəblərdə hərbi hazırlıq fənni üçün bir otaq ayrılır, eyni zamanda, həmin otaqlar avadanlıqlarla təmin olunur. M.Mərdanov deyib ki, orta məktəbləri hərbi məktəblərə çevirmək olmaz: “Orta məktəblərdə hərbi hazırlıq nəzəri baxımdan keçirilir. Kifayət qədər hərbi məktəblər, akademiyalar var”.
Xatırladaq ki, təhsil nazirinin müavini Elmar Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, ibtidai hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkil olunması üçün məktəblərə silah verilməsi barədə qadağa aradan qaldırılmalıdır.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər