Pensiyaçılara şad xəbər
11-05-2011, 18:20
Oxunub: 8 382

Səlim Müslümov: “Azərbaycanda "Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 845 min nəfərin pensiyasını artırmağa imkan verəcək”.
"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiyasının məbləğini orta hesabla 40 faiz artırmağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
“Bu, 2006-cı ilədək toplanan sosial icbari sığorta ayırmaları üzrə stajdan və hazırkı pensiyanın məbləğindən asılı olacaq. Kimin stajı çox olsa, onun da pensiyasının məbləği çox olacaq”, - Müslümov çərşənbə günü parlamentin Sosial siyasət komitəsinin iclasında “Əmək pensiyası haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərlə bağlı müzakirədən sonra deyib.
Qanun layihəsi baxılmaq üçün Azərbaycan Milli Məclisinə tövsiyə olunub.
Səlim Müslümovun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.
Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur.
2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.
Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 900 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.
Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında Azərbaycan Prezidenti cari ildə 2006-cı ilədək pensiyaya çıxan ölkə vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasının zəruruliyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq.
Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər