Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
26-01-2021, 12:56
Oxunub: 4 616
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirməsinin səbəblərini açıqlayıb.
H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan danışığı (2018-ci ilin sentyabrın 28-də) xatırladıb.
O bildirib ki, Azərbaycan həmin dövrlərdə bir daha konstruktivlik və strateji səbir nümayiş etdirib.
"Azərbaycan tərəfi lazımi şərait yaratdı ki, tərəflər münaqişəni sülh yolu ilə həll etsinlər, amma təəssüf ki, bu baş vermədi” - deyən H.Hacıyev əlavə edib ki, əksinə, bundan sonra Ermənistan hakimiyyəti təxribatçı açıqlamalar verdi.
"Baş nazir Paşinyan Dağlıq Qarabağa getdi, orada "Qarabağ Ermənistandır və nöqtə” dedi. Daha sonra isə Ermənistanın müdafiə naziri (David Tonoyanı nəzərdə tutur) ABŞ-a səfəri zamanı "Yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etdi”.
H.Hacıyev Ermənistanın daha sonra – 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atdığını diqqətə çatdırıb.
"Bundan sonra danışıqlar prosesində yaranan durğunluq və situasiyanın eskalasiya istiqamətində dəyişməsi, sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından sonra biz dedik ki, artıq kifayətdir”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq, Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün hərbi əməliyyatlar keçirməyə məcbur oldu.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər