Avropa Birliyindən ikinci xəbərdarlıq
23-05-2011, 16:45
Oxunub: 7 041

Katerine Aşton: “Hökmlər təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirilməlidir”
“Mən Azərbaycanda insan hüquqlarına göstərilən münasibətdən narahatam” sözləri ilə başlayan bəyanatda Katerina Aşton bildirir ki, bu narahatçılığı onlarda mayın 4-də və mayın 18-də iki gənc fəalın, Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin barəsində verilən hökm doğurub.
Aştonunu bəyanatında deyilir ki, bu iki hadisə huquqi proseduralarda siyasi motivlərə yol verildiyini göstərir. “Biz Azərbaycanda fundamental azadlıqlara dərin ehtirama çağırırıq” deyən Aşton eyni zamanda əlavə edib ki, Azərbaycanda qanunun ölkənin özünün də qəbul etdiyi beynəlxalq standartlara uyğun idarə edilməsinə zəmanət verməlidir.“Biz Azərbaycanı bu hökmləri təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq".
Avropa Birliyinin mayın 12-də insan haqlarının vəziyyətinə görə Azərbaycanı tənqid edən qətnaməsində də Cabbar Savalan və Bəxtiyar Hacıyevin işi ilə bağlı narahatlıq qeyd edilirdi. Bakıda rəsmilər ölkədə insan haqları sahəsində vəziyyətə dair tənqidləri əsassız sayır, bunu Azərbaycana təzyiq cəhdləri adlandırırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər