Yeganə Fazilqızı: Bizim müğənnilər arasında gözügötürməməzlik sindromu var-FOTO
18-08-2013, 11:35
Oxunub: 8 643
Bolgexeber.com-un müsahibi gənc mügənni Yeganə Fazilqızıdır.
- Əməkdaşlarımız bir neçə dəfə müsahibə üçün sizə zəng vurdu, amma çox gec razılıq verdiniz deyəsən, mediadan qaçırsınız..
- Yox, sadəcə bəzən olur ki, mən müsahibəyə daxilən hazır olmuram. Bir də ovqat, məsələn, bir həftə bundan qabaq mənim ovqatım başqa cür ola bilərdi və müsahibə verməzdim. Söhbət ovqatıma düşməlidir, çünki ovqatım elə olar ki, danışmaq istəməyim.
- Ovqatınız tez-tez dəyişir ki?
- Hə, tez-tez dəyişir, mən dolça bürcündənəm. Ovqatım dəyişsə də, sonucda xasiyyətim dəyişmir. Mən illər uzunu necə varamsa, eləyəm, amma bəzi anlarda, məqamlarda dəyişə bilər.
- İnsanlara münasibətiniz necə?
- İstədiyim insanlara münasibətim dəyişmir, nə olursa olsun, ömür boyu istəyəcəm. Mənim ən çox dostluq etdiyim, çevrəmdə olan insanlar yaradıcılıqla bağlı insanlardır. Amma heç bizim peşəyə aidiyyatı olmayan insanlar da var. Mən kiminləsə inciklikdə olanda, kini tez unuduram. Qətiyyən kinli insan deyiləm, kin məndə qalmır, çünki o mənə ağırlıq verir. Niyə mən o ağırlğı özümlə daşımalıyam ki? Müəyyən müddət o yaxşı münasibətləri yadıma salıram və kini unutmağa çalışıram və münasibətim yenidən bərpa olunur.
Mügənniliyə gəlişiniz necə oldu. Uşaqlıqdan hansı peşənin sahibi olmaq istəmisiniz?
- Biri var ki, bu işin məktəbini bitirmiş olasan, biri də var ki o Allahdan açılan cığırdır. Uşaq ikən mənim mügənni olmaq arzum olub. Hər zaman televiziya ekranlarında dahi sənətkarımız olan Zeynəb Xanlarovanı, İlhamə Quliyevaı, Rübabə Muradovanın müsiqilərini dinləyirdim. Mənə elə gəlirdi ki, hər zaman bu peşəyə doğru gedirmişəm. Bu, Allahın qismətidir. Nələrsə var imiş, Allah onların açılmasını istədi. Düşünürəm ki, başqa bir yolda olsam da, orada sıradan biri kimi yox, şəxsiyyət, seçilmiş fərd kimi olmağa can atacaqdım. Çünki, bu, mənim qanımda-canımda var.
- Artıq neçə ildir ki, sənətdəsiniz?
Dəqiq deyim ki, 3 ildən çoxdur ki, səhnədəyəm.
- Yeganə xanım, sizi nə ruhdan sala bilər ?
- Elə bir söz ola bilər ki, məni ruhdan salsın. Tez də ruhdan düşə bilərəm.Amma bir yaxşı xüsusiyyətim var ki, bir balaca müddət o sözün təsiri altında oluram. Sonra unuduram. Mən ümumiyyətlə, kinli insan deyiləm. Hətta kimsə xətrimə dəyəndə fikirləşirəm ki, bir vaxt gələcək mən o adamla yenə rastlaşacam və tamamilə başqa bir söz söyləyəcək. Arxadan danışılanlara isə umumiyyətlə, fikir vermirəm, çünki o arxadadır, mən ondan bir addım irəlidəyəm. Arxadakı söz-söhbətlərə fikir versə idim, tükənərdim. Mən o adamlara nə ilə cavab verə bilərəm, çalışmağım ilə, günü-gündən püxtələşməyimlə, peşəkarlığımı artırmağımla, öz töhfələrimlə, məsələn, mən bu gün cəbhə bölgəsində konsertlərə gedirəm, ona görə ki, bu, mənim içimdən gələn bir tələbatdır. Mən onu töhfə kimi edirəm. Bilirsiniz, necə zövq alıram...
- Depressiyada olarkən vəziyyətdən çıxış yolunu nədə tapırsınız?
- Mənim də hamı kimi çətin günlərim, problemlərim olub. Həm işdə çalışdığım zamanda, həm də ailədə. Depressiyaya düşən, özümə qapandığım vaxtlar olur. Yaxşı bir xüsusiyyətim var ki, müəyyən vaxta qədər o depressiv halım kulminasiyaya çatır. Həmin məqamda Allah elə bil ki, mənə təzədən nəsə bir pəncərə açır. Və o məqamda mən özümü o depressiyadan çıxarda bilirəm. Çox uzunmüddətli depressiyaya düşmürəm, çünki mən insanlarla ünsiyyətdə oluram. Tutaq ki, mənim depressiya halımdır, axşam çıxmalıyam səhnəyə. Axşam səhnəyə çıxanda mən artıq hər şeyi unuduram. O məqamda mən heç bir şey haqqında düşünmürəm, ona görə, ən xoşbəxt məqamlar o məqamlardır. Elə unudulur ki, o bir-iki saatı sən tamamilə başqa bir aləmdə olursan. Bu peşənin də gözəlliyi ondan ibarətdir, əslində yaşamağa o ilhamı verən də odur. Hansı peşədə olursansa ol, əgər sən o peşəni dəlicəsinə sevmirsənsə, əgər sən o peşəyə tam yuz faiz aludə deyilsənsə, peşəkar olacaqsan, amma parlamayacaqsan, seçilməyəcəksən. Amma mən uşaqlıqdan, hər zaman seçilmək istəmişəm və sıradan biri olmaq istəməmişəm, hər şeydə maksimalistəm. Bəzi şeylərdə maksimum dərəcəyə çatmağa imkan yoxdursa, ona can atmaq lazımdır. İndi biz Leyli və Məcnun kimi sevə bilmərik, amma o sevgiyə can ata bilərik.
Səhnədə olmağınız ailədə söz-söhbət yaradıb?
- Heç bir söz-söhbət yaratmayıb, ailəm mənim işimə mane olmayıb. Heç buna imkan da verməzdim. Mən bu işi sevirəm və bu işə görə heç nəyi qurban vermərəm, ümumiyyətlə nəyisə qurban verməyi xoşlamıram. Mən hər zaman bir ortaq məxrəc tapacaqdım. Necə ki indi də tapıram.
- Bir az ailəniz haqqında.
- Bir qızım var. Toylarla əlaqədar qızımla vaxtı-vaxtında maraqlana əni həyata bağlayan tək varlıq qızımdır. 7 yaşı var. Onun öz balaca dünyası var. Qızım böyüdükcə, sevgimi ona verirəm. Elə bilin ki, o böyüdükcə, mən uşaqlaşıram.
- Keçmişə qayıtmağı xoşlayırsınız?
- Keçmişsiz bir günüm var? Ola bilməz axı. Heç keçmişsiz gələcəyə də baxa bilmərəm. Keçmiş özəldir. “Ötən günə gün çatmaz”, bunu elə-belə deməyiblər ki... Hər zaman keçdiyin gün deyirsən ki, kaş o gün olardı.
Ümumiyyətlə, hadisələrə zaman uzaqlığından qiymət verirlər. Bu gün siz bəlkə də etdiyiniz işlərə o qədər də önəm vermirsiniz, amma, xatırlayanda tamam başqa bir məna ilə xatırlayırsan. Yaşadığım hər gün, hər hadisə, hər proqram, hər səhnəyə çıxışım həqiqətən də mənim üçün bir hadisədir.
- Bəs hansı günə qayıtmaq istərdiniz?
- Qayıtmaq istədiyim bir gün deyil axı, çoxdur. Çoxdur deyə, ayırmaq istəmirəm. Yaşadığım hər gün, o günlərin içində kədər də çox olub, amma onlar mənim günlərimdir, mənə xasdır. Kədərsiz həyatın rəngi də olmaz. Axı rənglər də müxtəlidir. Yaşadığın hər gün, hər saat, onlar da bir rəngdir. Hər şey birmənalı olanda maraqsız olur, gərək çox şeylər baş versin ki müdrikləşəsən, möhkəmlənəsən, dəyəri də həyata o gözlə verəsən.Gərək həyatı bütün rəngləri ilə yaşayasan.
Hər bir insanın getdiyi bir cığır var. Mən öz cığırımla, başqası isə öz cığırı ilə gedir. Mən çalışıram ki, öz cığırımla gedim. O cığırda mən çox şeylərlə rastlaşa bilərəm və istəyirəm də rastlaşmaq bu həyatı öyrənmək üçün. Amma cığırımı keçmək istəmərəm. Çalışıram da keçməyim. O cığırı keçəndə o artıq mən olmaya bilmərəm. Hər bir insanın özünə uyğun bir əxlaq, mənəviyyat norması var. Bax o normanı aşanda pis olur. Onda o səni incidir və sən fikirləşirsən ki, mən burada səhv etdim. Mən öz çığırıma dönməliyəm, gərək öz yolunla gedəsən, özünə sadiq olasan. Çalışıram ki, davranışıma, hərəkətlərimə bir nizam verim. İstər-istəməz içərimdə var o kompleks. Sən göz qabağındasan, sən gərək hər bir sözünlə, hər bir hərəkətinlə seçiləsən, nümunə olasan, çünki səndən onu gözləyirlər. Səhnəyə çıxan insan üçün istedadla yanaşı, tərbiyə və mədəniyət də çox vacibdir. Əgər daxilində o mədəniyyət varsa, o insan onu insanlara ötürəcək.
- Ev işləri görmək sizə nə dərəcədə zövq verir?
- Gəlin burda dayanaq. Ev işləri ilə məşğul olmuram. Bir müddət valideynlərimlə yaşamışam deyə, hər zaman anam ev işləri ilə məşğul olub. Qətiyyən ev işlərinə həvəsim yoxdur. Vaxtım olanda da etmirəm, kitab oxuyuram, TV-yə baxıram, mən televiziyaya baxmağı çox xoşlayıram. Saatlarla televizora baxıram.
- Dostlarınız çoxdur ?
- Yaxın dostlarım, həmkarlarım var, onlarla çox gözəl münasibətlərim var. Bir çox işlər var ki, hansılar ki, pulla həll etmək olar, mən onları dostlarım vasitəsilə həll edə bilirəm. Qohumlarım, qardaşım, onların uşaqları var...
- Hər kəsin sevgiyə baxış bucağı müxtəlifdir. Bəs sizin?
- Çox maraqlıdır ona görə yox ki, mən bu barədə danışmağı sevmirəm. Amma o qədər bu işimə aludə olmuşam ki, bütün məhəbbətimi işimə vermişəm. Hər bir insanın içərisində istək və sevgi olmalıdır. Yaradıcı insan üçün hisslərin, duyğuların olmağı çox vacibdir. İnsanların mənə verdiyi məhəbbətdən heç vaxt hayıl-mayıl olmamışam. O sevgini o qədər dolu-dolu yaşamışam ki... Özəl məhəbbətə gəldikdə isə, təklik Allaha yaraşır, hər bir qadın, kişi istər ki, onun yarısı olsun. Olsa çox yaxşı, olmayanda da Allah necə məsləhət görürsə, elə də olsun. Hər addımbaşı sevmək də qeyri-mümkündür.
Mən çalışmışam ki, mənə heç nə mane olmasın. Mən imkan vermərəm ki, mənim ruh halım, boşluq işimə mane olsun. Sevgisiz dözərəm, amma bu işsiz mən ölə bilərəm, bu işsiz özümü təsəvvür edə bilmirəm.
- Yeganə xanım yaşamağa nə üçün dəyər?
- Mən hələ də fikirləşirəm ki, həyatımın o proqramını etməmişəm. O qədər o arzu ilə yaşayıram ki... Hələ də həyatımın o proqramına çatmaq üçün yaşayıram. Elə ona görə yaşamağa dəyər ki, o istədiklərini edəsən. Mənim üçün istədiklərim ümmandır, tükənməzdir. Hələ də həyatımın o proqramını etmək üçün yaşamağa dəyər. Bunun üçün də yaşayacağam, söz verirəm sizə.
- Gənc mügənnilərdən kimləri bəyənirsiniz?
-Vüsalə Yaqubova.
Şou-Biznesdə olan çaxnaşmalar sizcə nədən qaynaqlanır?
- Dəqiq desəm bizim müğənnilər arasında gözügötürməməzlik sindromu var. Gündə biri gündəmdə qalmaq üçün televiziya ekranları qarşısında digər mügənniyə atmaca atır. Belə olduğu halda özlərini gülünc vəziyyətə salırlar insanlar qarşısında.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər