Məleykə Abbaszadə Təhsil Nazirliyini günahlandırdı
3-06-2011, 15:00
Oxunub: 7 341
Bu il ali məktəbə sənəd verən abituriyentlərin 63 mini orta məktəbləri 2011-ci ildə bitirənlərdir.
Bolgexeber.com-un verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, orta məktəbləri ötən illərdə bitirən məzunlar qəbul imtahanlarına buraxılış vərəqlərini təsdiq etdirərək, götürə biləcəklər. Lakin bu il məzun olan 63 min abituriyent buraxılış vərəqlərini özləri təsdiq etdirib götürə bilməyəcəklər, çünki onlar attestatlarını hələ də almayıblar.
Bu il məzun olanlar attestatlarını aldıqdan sonra attestatla birlikdə sənəd qəbulu komissiyalarına müraciət edərək, buraxılış vərəqlərini təsdiqlətdirərək götürə bilərlər: “Bu il orta məktəbi bitirənlərin bu problemlə üzləşməsinin səbəbi Təhsil Nazirliyinin hələ də məzun bazasını TQDK-ya təqdim etməməyidir. Məlumat bazası təqdim edilmədiyi üçün biz builki məzunların attestat qiymətlərinin nə dərəcədə doğru təqdim edildiyinə əmin ola bilmirik. Əgər məzun bazası bizə təqdim edilsəydi, biz abituriyentlərin elektron ərizələrini avtomatik olaraq yoxlayacaq və attestat qiymətlərinin nə dərəcədə doğru olduğunu müəyyən edəcəkdik. Ancaq məzun bazası bizdə olmadığı üçün bu məsələ ləngiyir”.
TQDk sədri bildirib ki, əgər bu ayın 25-ə qədər Təhsil Nazirliyi məzun bazasını TQDK-ya təqdim edərsə, orta məktəbi bu il bitirən abituriyentlər əlavə əziyyətdən xilas olacaq və attestatlarını təsdiqlətmək üçün sənəd qəbulu komissiyalarına getməyəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər