BolgeXeber.Com » Müsahibə-Reportaj » Əmək kitabçası ləğv olunacaq - YENİ SİSTEM İŞƏ DÜŞDÜ - VİDEO

Əmək kitabçası ləğv olunacaq - YENİ SİSTEM İŞƏ DÜŞDÜ - VİDEO

15-06-2022, 17:10
Oxunub: 4 624 Əmək kitabçaları dövriyyədən çıxarılır.

Bundan sonra əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron formada həyata keçiriləcək.

Yeni qaydaların əhəmiyyətindən danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki dövrdə əmək kitabçalarından istifadəni əlavə xərc hesab edir.

Mütəxəssisislərin böyük hissəsinin görüldüyünü bildirir. Onun fikrincə qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilməlidir.

Sahib Məmmədov deyir ki, 2006-cı ilə qədər işləyənlərin əmək stajlarının hesablanmasındabəzi problemlər qalmaqdadır. Bu amil də prosesin ləngiməsinə səbəb olur.

Qeyd edək ki, bu prosesin həyata keçirillməsi məqsədilə 2014-cü ildə elektron informasiya sistemi yaradılıb.