BolgeXeber.Com » Müsahibə-Reportaj » Nazir müavinin adı 150 min manatlıq rüşvət qalmaqalında-Video

Nazir müavinin adı 150 min manatlıq rüşvət qalmaqalında-Video

11-06-2011, 16:10
Oxunub: 6 610
Son vaxtlar dövlət başçısının ölkədə baş alıb-gedən korrupsiyaya qarşı mübarizəyə çağırışı ictimaiyyət tərəfindən təqdir olunur.

Xüsusilə ictimai qınağın bu sahədə önə çəkilməsi heç də əbəs yerə deyil. Adicə, Masallı Rayon 10 saylı tibbi-sosial ekspertiza komissiyasında gedən oyunlar korrupsiya halının dənizdə bir damlasıdır. Masallı 10 saylı tibbi-sosial ekspertiza komissiyasına sədr təyin olunmuş Mirxaliq həkim rəhbərlik etdiyi komissiyadakı qanun pozuntularını elə rüşvət hesabına da ört-basdır edir. O, əvvəllər Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərmişdir. Nəyin müqabilində bu postda əyləşməsi rayon əhalisi üçün hələ də qaranlıqdır. Havadarları hər zaman bu komissiya sədrinin qanunsuzluqlarının qarşısına pərdə çəkirlər. Bu, azmış kimi, komissiyanın üzvü Fərman İbadovla əlbir olub nəzir yığırlar.Guya ki, bu komissiyanın üzvləri əvəzolunmaz kadrlardır. Yəqin bu üzdən də komissiya sədri çalışdığı sahədə yaxınlarına da iş verməyi vacib sayıb. Məlumata görə, Mirxaliq müəllim bütün "işlərini" komissiyanın üzvü Fərman İbadovun əli ilə görür.

Fərman İbadovun orada çoxdan işləməsi yəni kimdən pul alıb-alınmayacağını yaxşı bilməsi sanki Mirxaliqin bəxtinə “cek pot”un düşməsindən xəbər verir.

Ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndiyi bir vaxtda, şəxsi fikrim olsa da, bu məsələni "yuxarıdan" başlamaq lazımdır. Məsələ burasındadır ki, rüşvətxorluğu və korrupsiyanı yaradan məhz elə Nazirliklərdir. Gəlin, indi baxın Nazirlikdə, icra hakimiyyətində, idarə və müəssisələrdə çalışanların güzəranına. Əvvəla, bunlar kimlərdir və əvvəllər hansı iş-gücün sahibi olublar, savad sarıdan hansı kəllənin sahibidirlər?

Götür-qoy etdikdən saonra ortaq məxrəcə gələrik ki, belə demək mümkünsə, dünən yamaqlı ayaqqabı ilə gələnin bu gün altında ən azı "çeşka" və ya dörd göz "Mercedes"i var. Bəs niyə soruşmurlar ki, bunu hansı maaşla almısan? Odur ki, belə komissiya sədrləri ciddi cəzalandırılmasa, məsələ düzələn deyil. Başçıların yerlərinin dəyişdirilməsi yalnız yeni korrupsiyaya məkanı yaradır. Tarix boyu nə qaraçı, nə də dilənçi öz peşəsindən əl çəkməyib...

Keçək mətləbə. Qeyd etmək istəyirəm ki, Masallı əlillərinin başına açılan oyun elə sırf korrupsiya halıdır. Bu bir oyundur, yoxsa dövlətin xəbəri yoxdur, yaxud əstəğfürullah, millətmi avamdır?

Bəs əlillər nədən gileylənir? Haqlı olaraq deyirlər ki, heç bir yerdə belə rüsvayçılıq yoxdur... Komissiyaya müraciət edən əlil, komissiya sədrinin qanun pozuntuları ilə rastlaşır. Hadisə yerində olan BölgəXəbər.com –un əməkdaşlarına danışan Rayonun Həsənli kənd sakini 1 qrup əlil Hüseynov Araz bildirdi ki, Masallı rayonunda Mirxaliq müəllim tərəfindən təzyiqlərə məruz qalıb. Əlil arabası belə olmayan bu əlil Mirxaliq müəllimin qorxmadan və çəkinmədən işlətdiyi bir kəlməni bizə bildirdi. Mirxaliq müəllim ona müraciət edən hər bir əlilə mən bura elə-belə yerə gəlməmişəm hər halda 150 min manta verib gəlmişəm, odur ki, get pul ilə gəl deyir. Kimsə də haqqın tələb edəndə dərhal post patrol xidmətinin əməkdaşlarına zəng vuraraq, bunlar məni hədələyir və şikayətçiyəm deyir. Yəni bu şantaj yolu ilə özünü sığortalayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovun müavini İlqar Rəhimova 150 min manat pul verərək bu vəzifəyə gəldiyini bildirir.

Ötən gün məsələnin doğru olub-olmadığını araşdırmaq üçün əməkdaşımız Masallı rayonuna ezam olundu. Orada olarkən həqiqətəndə əlillərə edilən təzyiqlərin şahidi oldu və əlillərin necə təzyiqlərə məruz qalmasını video çəklişlərlə qeydə aldı. Əlillər onu da qeyd etdilər ki, 1-ci qrup düşdüyü halda çoxumuza 2 və 3-cü qrup yazırlar. Və deyirlər ki, pul verin yazaq 1-ci qrup. Biz bu barədə dəfələrlə Bakıya gedərək müraciət etmişik amma bizə hələ də köməklik olunmayıb.

Onu da qeyd edək ki, Fərman İbadovun əmisi oğlanlarının biri C'lilabad rayon Sosial Tibbi Ekspertiza komissiyasının sədridir, dig'r isə Bakı şəhərində Əlillərin Bərpası Mərkəzində işləyən Səxavət İbadovdur. Yeri gəlmişkən Səxavət İbadov Cəlilabad rayonunda Sosial-Tibbi Ekspertiza komissiyasının sədri işləmişdir və işində verdiyi ciddi nöqsanlara görə Nazir Füzüli Ələkbərov onu işdən azad etmişdir. Bu gün isə onun işləməsi çox şüphə altındadır. Görəsən Nazirin sözünün kəsəri yoxdurmu? Necə olur ki, Nazirin işdən azad etdiyi məmur stol arxasında əyləşir? Nazirin işdən azad etdiyi Səxavət İbadov işsiz qalsaydı onda Fərman İbadovun gözü qorxardı və Mirxaliq müəllimlə əlbir olub rüşvət qalmaqalında adı hallanmazdı. Fərman İbadov baxdı gördü ki, o qədər olanlardan sonar əmisioğlu yenə vəzifəyə gətirildi bu da köhnə əməllərinə davam etməyə başladı. Necə deyərlər “ Köhnə hamam, köhnə tas “.

İndi siz deyin, korrupsiyanı kimlər yaradır: siravi vətəndaşlar, yoxsa məmurlar?!

[youtube]http://www.youtube.com/watch?v=DFaDGdLFwe0&feature=channel_video_title[/youtube]