Binəqədi prokuroru cinayətkarları niyə həbs etmir?
2-07-2011, 01:15
Oxunub: 4 473
Fariz Quliyev: «Artıq bizdə belə bir əminlik yaranmağa başlayır ki, qardaşım oğlunu qəsdən öldürüblər»
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Qarabağ müharibəsi əlili Faiq Quliyevin oğlu 9 yaşlı Firdovsi Quliyev Binəqədi rayonu ərazisində iki avtobusun arasında qalaraq dünyasını dəyişib. Bolgexeber.com bildirir ki, hadisənin baş verməsində günahkar olan avtobus sürücüləri isə bu gün azadlıqdadır. Lakin cinayətin baş verməsinə rəğmən, onların azadlıqda olmasının dəqiq səbəbləri bəlli deyil.
Dünən Bolgexeber.com-un əməkdaşları ilə danışan 9 yaşlı mərhumun əmisi Fariz Quliyev bildirib ki, cinayət işi qaldırılsa da, istintaq hərəkətlərinin aparılmaması onlarda müəmmalı fikirlər yaradıb. O bildirib ki, məsələni aydınlaşdırmaq məqsədi ilə ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Rafiq Abbasovla görüşüb. Görüş zamanı R.Abbasov Binəqədi rayon Polis İdarəsinə tapşırıq verərək, ekspertizasız sürücülərin həbs edilməsinin qanuni olduğunu bildirib.
F.Quliyev deyib ki, bu tapşırığın ardından Binəqədi rayonunda olub və yerli polislə məsələ ilə bağlı maraqlanıb. Lakin məlum olub ki, Binəqədi rayon prokuroru Mirələkbər Seyidov sürücülərin həbs olunması məsələsinə əhəmiyyət vermir. «Mənə dedilər ki, Binəqədi rayon prokurorluğu sürücülərin həbs edilməsinə imkan vermir. Hətta maneçilik törədir. Onun burada hansı maraqları olduğunu anlaya bilmirik. Axı bir prokurorun balaca uşağın ölümündə günahkar bilinən və törətdiyi cinayət əməli təsbit olunan sürücüləri himayə etməsini necə başa düşmək olar? Onun bu işdə hansı maraqları ola bilər? Artıq bizdə belə bir əminlik yaranmağa başlayır ki, həqiqətən də Qarabağ müharibəsi əlininin uşağını qəsdən öldürüblər. Əks təqdirdə, qanunun tələbləri yerinə yetirilərdi».
Mərhumun əmisi onu da deyib ki, onlar məsələni bu şəkildə qoymaq niyyətində deyillər. F.Quliyev bildirib ki, cinayətkarların tapılaraq, cəzalandırılmasını təmin etmək üçün sonadək mübarizə aparacaqlar. «Bizim tələbimiz odur ki, cinayəti törətmiş şəxslər azadlıqda gəzməməlidir və qanun qarşısında cavab verməlidirlər. Bunun üçün bütün dövlət instansiyalarına müraciət edərək, ədalətin bərpası üçün çalışacağıq».
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər