Şeyx Vasif Talıbovu dəstəklədi
13-07-2011, 19:25
Oxunub: 3 954
Bu halların qarşısının alınması üçün ictimai qınaq çox önəmlidir
Bolgexeber.com –un məlumatına görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsini pisləyib və dinin də israfın əleyhinə olduğunu qeyd edib: “Biz dəfələrlə bu kimi halların baş verməməsi üçün müraciətlər etmişik. Lakin bu məsələnin həllində din xadimləri ilə yanaşı ağsaqqalların da mühüm rolu var. Burada məcburiyyət, hər hansı əmr yaxud sərəncam vermək olmaz. İnsanların təfəkkürü dəyişməlidir”.
Dəyirmi masa iştirakçıları adından ünvanlanan müraciətdə dəbdəbəli toy və yas məclislərinin sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaratdığı, verilən yemək çeşidlərinin ifrat çoxluğunun isə israfa səbəb olduğu vurğulanıb: “Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur”.
Şeyx çıxışında bildirib ki, toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsi doğru deyil, dinimiz israfın əleyhinədir: “Biz dəfələrlə bu kimi hallara yol verilməməsi üçün müraciətlər etmişik. Lakin bu məsələ sadəcə din xadimlərinin vasitəsilə deyil, eyni zamanda, ağsaqqalların iştirakı ilə də həll olunmalıdır. Bu kimi halların olmaması üçün kimisə məcbur etmək olmaz və bu məsələ maarifləndirmə yolu ilə həll edilməlidir”.
Bu gün Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinin keçirilməsi qaydalarına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə "dəyirmi masa" iştirakçılarının adından Azərbaycan xalqına müraciət olunub.
"İslamda israf haramdır. Toy və yas mərasimlərində israfçılıq haram olmaqla yanaşı, cəmiyyətdə ictimai bərabərsizliyə yol açır. Bu halların qarşısının alınması üçün ictimai qınaq çox önəmlidir. Digər problemlərdən biri ramazan vaxtı, oruc zamanı ehsan verilməsidir ki, bu da doğru deyil. Buna görə də biz Naxçıvanda din və dövlət adamlarının mərasimlərdə ifrat əleyhinə keçirdiyi kampaniyanı dəstəkləyirik”.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər