BolgeXeber.Com » Müsahibə-Reportaj » Salyanın icra başçısı KİV nümayəndələri ilə görüşüb-Fotolar

Salyanın icra başçısı KİV nümayəndələri ilə görüşüb-Fotolar

5-12-2013, 20:30
Oxunub: 5 782 Salyan RİH başçısı Tahir Kərimov: "Biz sağlam tənqidə hörmətlə yanaşır, mövcud problemlərin KİV-də müzakirəsini zəruri hesab edirik"

Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqları Salyan rayonunun rəhbər işçilərinə təqdim edib. Görüşdə açıq müzakirələr və polemika aparılıb.Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov gələn qonaqları salamlayıb, onlara "Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürk yurduna xoş gəlmisiniz" deyə müraciət edib.

Çıxışını davam etdirən icra başçısı bildirb:

"Son vaxtlar adları və məqsədləri bizə məlum olan bir neçə nəfər maraqlı şəxs ayrı-ayrı kütləvi informasiya vasitələrində Salyan rayonu barədə həqiqətə uyğun olmayan məlumatlar dərc etdirir.

Bu məlumatlar rayonda aparılan abadlıq, quruculuq işlərinə kölgə salmaqla yanaşı, vətəndaşlarda dövlət orqanlarına etimadsızlıq yaratmaqla, rayon haqqında mənfi rəy formalaşdırmaq məqsədi daşıyır.

Fakta, sübuta söykənməyən, köklü araşdırmanın nəticəsi olmayan, ictimai rəyi ifadə etməyən bu məlumatlar, həm də ona görə qəbul edilən deyil ki, tənqid, ittiham hədəfinə məruz qalan tərəfin mövqeyi öyrənilmədən təqdim olunur.

Bu isə Azərbaycan jurnalistlərinin birgə qəbul etdiyi təməl prinsiplərə- obyektivliyə, qərəzsizliyə, bitərəfliyə ziddir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin sentyabrın 4-də Salyan rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə demişdir: “Azərbaycan sabit, inkişafda olan ölkədir. Biz Ulu Öndərin qoyduğu yolla gedirik və bu yol inkişaf, tərəqqi yoludur. Son 10 il ərzində biz bu yolda böyük nailiyyətlərə imza atmışıq .Biz bunu Salyan rayonunun timsalında da görürük.”

Heç şübhəsiz ki, qazanılmış uğurlar rayonumuzun sadə əmək adamlarının, ziyalıların, ağsaqqaların, gənclərin birgə əməyi sayəsində mümkün olub. Həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi, onların layiqli həyat səviyyəsinin təmin edilməsi, asudə vaxtının səmərəli təşkili məqsədi daşıyır.

Rayon İcra Hakimiyyəti aparatı vətəndaş müraciətlərinə sayğı ilə yanaşır, hər bir işdə əhalinin rəyini öyrənir, eyni zamanda, haqlı tələblərin müdafiəsində dayanır. Müxtəlif təbəqələrdən olan sakinləri dinləmək, hər həftə Rayon İcra Hakimiyəti aparatında keçirilən qəbulları, ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə görüşləri müşahidə etməklə buna əmin ola bilərsiniz.

Biz sağlam tənqidə hörmətlə yanaşır, mövcud problemlərin kütləvi informasiya vasitələrində müzakirəsini zəruri hesab edir, rayonun idarə, müəssisə və təşkilatları, vəzifəli şəxsləri tərəfindən ictimai vəzifələrin yerinə yetirilməsi zamanı nöqsanlara yol verilməsi ilə bağlı mətbuatda dərc edilən məlumatları ciddi araşdırırıq.

Öz fəaliyyətimizi şəffaflıq prinsipi ilə quraraq Rayon İcra Hakimiyyəti, vaxtaşırı ictimaiyyət qarşısında hesabat verir, heç bir fərq qoymadan bütün jurnalist sorğularını qanunla müəyyən olunmuş qaydada və müddətdə cavablandırır.

Biz jurnalistləri öz işlərinə məsuliyyətlə yanaşmağa, ayrı-ayrı şəxslərin deyil, ictimaiyyətin maraqlarını ifadə etməyə, bu müqəddəs peşə ilə bir araya sığmayan hərəkətlərdən uzaq olmağa çağırırıq.

Böyük jurnalist Cəlil Məmmədquluzadə deyib: “Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda mübarizə etməkdir.” Mən bütün jurnalislərii bu amala xidmət etməyə səsləyirəm’.

İcra başçıs sonda KİV nümayəndələrinə cəsarətli bir təklif də etdi: Salyan rayonu və onun rəhbər işçiləri haqqında yazı yazmaq istəyən istənilən mətbuat nümayəndəsi buyursun rayona gəlsin, fəaliyyətimizi qarşılarına çıxan istənilən yerli sakindən soruşsun.

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Atxəm-in idarə heyyətinin sədri İlham İsmaylov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Bakı xəbər qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və başqaları çıxış edərək, ölkəmizdə söz, mətbuat, fikir və əqidə azadlıqlarının hazırkı vəziyyəti, KİV-lərin ictimai məlumatlara çatım imkanları, məmur-jurnalist münasibətləri barədə danışdılar.

Belə bir yekdil fikir ifadə olundu ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidi.
Bolgexeber.com