Tamerlan Qarayev oğlunun XİN-dən çıxmasından danışdı
4-08-2011, 22:45
Oxunub: 4 874
“Fərman Qarayev daha yüksək maaşlı işə gedib”
“Mənim oğlum Xarici İşlər Nazirliyindəki işindən indi çıxmayıb. Artıq yarım ildir ki, o, XİN-dəki işindən ayrılıb. Özü də onu heç kəs işdən çıxarmayıb. Bu işindən daha yüksək maaşlı bir iş tapdığı üçün öz ərizəsi ilə vəzifəsindən istefa verib”. Bunu açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. O, oğlu Fərman Qarayevin XİN-də tutduğu vəzifədən ermənilərlə əlaqəsinə görə çıxarıldığı ilə bağlı iddialara cavab verib.
T. Qarayev bildirib ki, oğlunun XİN-də tutduğu vəzifə o qədər yüksək olmadığı üçün işdən ayrılarkən mətbuata məlumat verilməyib, mətbuatsa bu məsələdən yarım il sonra xəbər tutub. O əlavə edib ki, oğlu F.Qarayevin XİN-də işləyərkən heç bir biznesi olmayıb: “Ermənilərlə işbirliyi söhbətini indi sizdən eşidirəm. Bunu kim uydurubsa, səbəblərini də özü bilir. Belə bir şeyin olması mümkünsüzdür. Yenə deyirəm, oğlum Fərman Qarayev XİN-dəki işindən yarım ildir ayrılıb və onu heç kəs işdən çıxarmayıb, öz ərizəsi əsasında vəzifəsindən gedib”.
Xatırladaq ki, mətbuatda yayılan məlumatda deyilirdi ki, T.Qarayevin oğlu F.Qarayev XİN-də tutduğu postdan ermənilərlə əlaqələrinin aşkarlanmasına görə uzaqlaşdırılıb. XİN-in mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı açıqlamasında F.Qarayevin öz istəyi ilə vəzifədən getdiyini bildirib.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər