İnternetdə ən populyar saytlar...
17-08-2011, 16:55
Oxunub: 6 435
“Alexa” şirkətinin yeni statistik araşdırmalarının nəticələri göstərib ki, internet istifadəçiləri arasında ən populyar saytlar əsasən axtarış sistemləridir.
Bolgexeber.com-un Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun internet saytına istinadən yaydığı məlumata görə, şirkət qlobal şəbəkədə ən populyar 500 saytın daxil olduğu yeni reytinq cədvəlini tərtib edib. Cədvəldə 1-ci yeri “Google” axtarış sistemi tutur. Reytinq cədvəlində iki və üçüncü pillələrdə dünyanın ən iri sosial şəbəkəsi “Facebook” (44,43 faiz) və İnternet istifadəçiləri arasında böyük populyarlıq qazanan “YouTube” (30,56 faiz) videohostinqi qərarlaşıb. İlk beşliyə “Yahoo” və “iGoogle” şirkətlərinin saytları da daxil olub. Reytinqin onluğuna Çinin “Baidu” axtarış sistemi, “Wikipedia”, “Microsoft” şirkətinin “Live” servisi, “Twitter” sosial şəbəkəsi və Çinin digər bir populyar saytı - QQ daxildir.
Xatırladaq ki, “Google” şirkəti də analoji reytinq cədvəlini hazırlayır. Şirkət reytinqi tərtib edərkən özünü bu sıralara daxil etmir. Reytinqdə birinci yeri “Facebook” sosial şəbəkəsi, ikinci yeri isə “YouTube” videohostinqi tutur. “Google” şirkətinin statistik məlumatlarına əsasən, hər ay “Facebook”da 800 milyon istifadəçi 900 milyard səhifəyə, “YouTube” videoxostinqində isə 800 milyon istifadəçi 100 milyard səhifəyə daxil olur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər