“İtar-Tass” Leyla Əliyevanın toyundan yazdı
4-09-2011, 12:35
Oxunub: 5 029
Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub.
O, Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub. Bolgexeber.com İTAR-TASS-a istinadən xəbər verir ki, Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.
Gənc cütlüyün toyu Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsində açıq havada keçirilib. Mərasimdə ailələrin yaxın qohum və dostları, eləcə də Azərbaycanda akkreditasiya olunmuş bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Toy kifayət qədər təvazökar, bununla belə, olduqca nəfis təşkil edilib. Süfrədə Avropa elementlərinin də əlavə edildiyi Azərbaycaen mətbəxinin xörəkləri olub. Mərasimin musiqi müşayiətincə yalnız Azərbaycan müğənniləri iştirak ediblər.
Rusiya prezidenti Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedeva aişə quran gəncləri gəlinin valideynlərinə yolladıqları teleqramla təbrik ediblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər