BolgeXeber.Com » Media » Vəkili Əvəz Zeynall ilə görüşdü

Vəkili Əvəz Zeynall ilə görüşdü

30-10-2011, 16:05
Oxunub: 4 201 Elçin Sadıqov: “Baş redaktora deyiblər ki, bu, sənin üçün sonun başlanğıcı olacaq”
Prokurorluq “Xural”ın baş yazarının evində və maşınında axtarış apardı


“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbsi ictimaiyyət tərəfindən pislənib. Dünən İctimai Palata (İP) Ə.Zeynallının həbsi ilə bağlı yaydığı bəyanatda onun absurd iddia ilə həbsini əsassız sayıb və bunun son dövrdə iri məmurlara qarşı qəzetdə dərc olunan ifşaedici materiallarla bağlılığına əminliyini bildirib.

“Son dövrdə Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin və bir sıra məmurların qəzetə qarşı məhkəmə iddiaları əsasında qəzetin əmlakı müsadirə edilib və Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı cinayət işi qaldırıb. Bu məsələlərin, həmçinin deputat Gülər Əhmədovanın iddia ərizəsinin eyni vaxtda - 19-20 oktyabrda baş verməsi diqqəti cəlb edir. Məhz bu ərəfədə qəzetdə dövlət başçısı İlham Əliyev əleyhinə kəskin tənqidi yazılar dərc olunub” - deyə bəyanatda bildirilir.
İP Ə.Zeynallının həbsini söz və mətbuat azadlığına qarşı kobud repressiya aktı kimi pisləyir və onun dərhal azad olunmasını tələb edir.
Siyasi partiyalardan KXCP və Aydınlar Partiyası, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da oxşar bəyanat yayıb. Onlar bu həbsi pisləyib və hökumətdən onun dərhal azad edilməsini tələb edir.