KİV Fonduna ayrılan maliyyə vəsaiti artırıldı
16-11-2011, 09:25
Oxunub: 5 529
2012-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirə bilib.
Məlum olub ki, gələn il KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub.
Milli Məclisin Mədəniyyət komitəsindən saytımıza verilən məlumata görə, 2012-cu ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılması nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, 2011-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon 400 min manat vəsait ayrılmışdı. Bu isə onu göstərir ki, 2012-ci ildə dövlət büdcəsindən KİV Fonduna builkindən təxminən 1,4 milyon manat artıq maliyyə vəsaiti veriləcək.
Xatırladaq ki, 2010-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon manat vəsait ayrılıb. 2009-cu ildə Fonda 1 milyon 300 min manat vəsait ayrılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər