Jurnalist və onun övladlari ölümlə hədələnib
6-12-2011, 18:15
Oxunub: 5 167
Fəaliyyəti dayanmış “Xural” qəzetinin redaktoru, yeni nəşrə başlayan “ASİ” qəzetinin təsisçisi, “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlu və onun övladları ölümlə hədələnib.
Anar Mahmudoğlu deyib ki, hadisə dekabrın 6-da jurnalist saat 12:54-də baş verib. Naməlum şəxs nömrəsi açıq görünən mobil telefondan ona zəng edib, onu və övladlarını öldürməklə təhdid edib.
Naməlum şəxs öz təhdidini Anar Mahmudoğlunun son zamanlar çox sərt yazması ilə əlaqələndirib. Telefon söhbəti zəng edənin jurnalistin övladları barədə məlumatlı olduğunu göstərib.
Anar Mahmudoğlunun telefonuna edilən zəngdən beş dəqiqə sonra, saat 12:59-da eyni nömrədən “Xural” qəzetinin redaktoru Nurəddin Xocanın mobil telefonuna zəng gəlib. Naməlum şəxs Nurəddin Xoca ilə söhbətində “ASİ” adlı qəzetin nəşr olunmasını “qudurğanlıq” adlandırıb. Bu telefon söhbətində də Anar Mahmudoğlu və övladları hədələnib.
Baş vermiş hadisə ilə bağlı Anar Mahmudoğlu Daxili İşlər Nazirliyinin “102” nömrəli “Qaynar xətt”inə məlumat verib. Bundan sonra jurnalist Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə dəvət edilib və ondan izahat alınıb. Polis bölməsindən operativ təhqiqat qrupunun yaradıldığı bildirilib.
“ASİ” (Azad Söz İnqilabçıları) qəzetini 2009-cu ildə Anar Mahmudoğlu təsis edib. Ancaq o vaxtdan qəzet işıq üzü görməyib. 2011-ci ildə “Xural” qəzetinin kollektivi bu qəzeti nəşr etməyə başlayıb. Dekabrın 4-də “ASİ” çapdan çıxıb.
“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib. Oktyabrın 19-da məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə ediblər. Oktyabrın 20-də isə “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib. Başqa mətbəələrlə aparılan danışıqlar nəticə verməyib. Oktyabrın 28-də qəzetin təsisçisi və baş redaktoru Əvəz Zeynallı həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə günahlandırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər