BolgeXeber.Com » Media » Bakıda əlil yoxdur?!

Bakıda əlil yoxdur?!

6-01-2012, 01:10
Oxunub: 5 271 Bəli, qəlbində rəhm duyğusu, mərhəmət hissi olan Azərbaycan vətəndaşını düşündürən, narahat edən bir məqam... heç bir zaman qaysaq bağlaya bilməyən bir yara.. Əlillər... Kim deyir ki, onların sosial və ya siyasi həyatı ola bilməz, kim deyir ki, onların fiziki qüsuru normal insan həyatı yaşamasına mane ola bilər?

Yaxın dostlarımdan biri ilə söhbət edərkən, işlətdiyi ifadə diqqətimi çəkməyə bilməzdi. Biz onun xarici səfərlərindən, iştirak etdiyi seminarlardan, konfranslardan danışırdıq.. O: “Çinarə, mən Avropa dövlətlərində olanda nədənsə mənə elə gəlir ki, Bakıda əlillər yoxdur” dedi. Maraqlıdır niyə belə qənaətə gəlmisən? - deyə sual verdim.

Bilirsən?-dedi: Mən Avropanın bir çox ölkələrində səfərlərdə olmuşam. Və təbii ki, görüşlərdən, konfrans və seminarlardan sonra getdiyimiz şəhəri gəzəndə oranın, yerləşdiyi ölkənin tarixi, adət-ənənəsi, mədəniyyəti və s. məsələlərlə bağlı dünyagörüşümü, maraq dairəmi genişləndirməyə çalışıram. Açığını deyim ki, belə şeylərə görə vaxt itirməyimə təəssüflənməmişəm. Dünya gör-götür dünyasıdır deyiblər. Bax, bu mənada həmin səfərlərdən qazandıqlarım da az olmayıb. İnsanlığa münasıbətdə bəşəri dəyərlər səviyyəsində qiymətləndirilməli olan meyarlara biganə qala bilməmişəm. Məsələn, elə götürək əlillərlə münasibət məsələsini...
Hara gedirsən get əlillər üçün xüsusi diqqətə mütləq rast gəlirik. Metropolitendə, avtobusda, yaşayış binalarında, ticarət mərkəzlərində- hər yerdə onlar nəzərə alınmışdılar.. Rahat hərəkət etmələri üçün bütün şərait yaradılıb. Amma bizdə isə bunları görmədiyimə görə bir anlıq insanda elə təsəvvür formalaşır ki, yəqin Bakıda əlil yoxdur və bunun üçün də belə diqqətə ehtiyac qalmayıb. Həqiqətən də düşündürücü və qlobal problem olduğunu hamımız dərk edirk. Ancaq dərk etməyimizdən də əsas onlar üçün nələr etməyimizdir.

Gəlin, şəhərimizə qısa bir ekskursiyaya çıxaq. Son illər yeni tikilən yaşayış binalarının, ticarət mərkəzlərinin, yeni salınan körpü, restoran, kafelərin sayı-hesabı yoxdur desəm yanılmaram. İnkişaf və inteqrasiya edirik. Tamailə razıyam. Eyni zamanda dəstəkləyirəm. Amma gəlin unutduqlarımızı xatırlayaq.

Əlillər zəlil günündə, rəzil vəziyyətdə yaşayırlar...

Bəli... Unutduqlarımız... Biz onları unutmuşuq. Sadaladığım, inkişafımızı əks etdirən işlərimizdə hansı birimiz onları xatırlamışıq? Həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişik? Onsuz da çətin, keşməkeşli həyatıarını pisləşdirməkdən başqa.

Siz heç ictimai nəqliyyatda-metropolitendə, avtobusda əlil arabasına rast gəlmisininz? Əlbəttə yox.. Çünki onların bu ictimai nəqliyyatlardan istifadə edə bilmə şəraitləri yoxdur. Hələ metropolitendə olan qadağanı demirəm. Hə... Hə.. Səhv eşitmədiniz! Metropolotenə əlil arabası və uşaq arabaları ilə daxil olmaq qadağandır.. Avtobuslara minə bilmək üçün xüsusi qapı yoxdur. Panduslar quraşdırlmayıb. Hətta belə bir məlumat oxumuşdum ki, bir çox əlil insanlar metropoliten rəhbərliyindən bu qadağanın qaldırılması üçün xahiş və tələblərini bildirmişdilər. Nəticə isə göz qabağındadır.

Tele efirdə özünü “canı yanan” kimi göstərən səlahiyyyətli şəxslərin, insanlar arasında ayrı-seçkiliyin qəti “düşməni” olanların mövqeyi əlillərin bəs bu şəxsiyyətinə hörmətsizlik, onları psixoloji depresiyaya sövq etmək, cəmiyyətə lazımsız hiss etdirmək deyil bəs nədir? Xahiş edirik adını siz deyin, biz də bilək...
Elə bilirsiniz bu səbəblərdən intahar edən əlillər yoxdur? Var, həmdə az deyil.

Küçələrdə gözdən əlillər üçün quraşdırılan səsli işıqforlara isə ya mən rast gəlməmişəm, ya da, heç yoxdur. Ümid edək ki, mən görməmişəm. Onsuz da gördüklərimizi “görməmişik” kimi, görmədiklərimizi “görmüşük” kimi təqdim etməyə vərdişliyik

Azərbaycan əlilliyin səviyyyəsinə görə, MDB-də üçüncü yerdə imiş. Bu,ə artıq real vəziyyətin faktlarla təsdiq edilməsi deməkdir. Bir əlil dövlətdən orta hesabla(minmum demirəm) 60-70 manat vəsait alır. Bu məbləğ ilə fiziki problemi olmayanlar yaşaya bilməzlər, bəs onda işləməkdə çətinlik çəkən, problemləri olan insan bir ayı 60 manatla necə dolansın? Bunula o, ancaq quru çörək və su ehtiyacını ödəyə bilər. Bəs onun başqa tələbləri? İşə düzəlmə problemləri. Axı, onlar yararsız deyillər. Mütləq ki, cəmiyyətə fayda verə biləcək bacarıqları vardır. Elə insanlar tanıyıram ki, eyni zamanda iki-üç yerdə işləyib fəaliyyət göstərirlər. Ancaq bəziləri isə birinə də möhtac qalırlar. Bu hansı ədalət əndazəsinə sığmasınıdoğrusu anlamaqda çətinlik çəkirəm.

Vəsiqə nə üçün lazımdır?

Özüm şahidi olmuşam ki, ikinci qrup şikəst öz əlilliyini təsdiq edən sənədi ala bilməkdə nə qədər əzab-əziyyətlə üzləşmişdir. Halbuki, heç bir tibbi biliyi olmayan insan
da onun əlliliyinə şübhə etməzdi. Sənəd isə nə üçün lazımdır? Heç olmasa müalicəsinin müəyyən hissəsini pulsuz edə bilmək üçün. Yəni biz onların puluna göz dikəcək qədər aciz olub, cılızlaşmışıq?

Əgər əlil uşaqlıqdan iş qabiliyyətindən məhrumdursa, yardım qismində alacağı müvazinət 50 manatdan artıq olmur, ancaq əlil nə vaxtsa dölət işində işləmiş və sonradan əlil olubsa, 120 manat pul ala bilər. Daha təhliə ehtiyac görmürəm..
Mənə elə gəlir ki, yoxsulluq, kasıblıq, əziyyət heç cür mənəvi yoxsulluq qədər əzabverici deyil. Heç bir insan psixologiyası kənarda qalmağı, lazımsız hiss edilməyi qəbul edə bimir. Bax bunu, həmin insanlara hiss etdirmək, yaşatmaq haqqı bizim mənəvi borcumuzdur. Onların bizim qayğımıza, nəvazişimizə ehtiyacları var. Yox olub gedən mənəvi dəyərlərini isə bərpa etməkdə onlara əli uzatmaqdan usanmamalıyıq. Fiziki qüsuru olan insan cəmiyyətə adaptasiya oluna bilmirsə, çevrilib səbəbi özümüzdə axtarmalıyıq.

Çinarə Rüstəmzadə