“Bizimxeber.com”un adından rüşvət istəyirlər
6-01-2012, 23:50
Oxunub: 7 142
Portalın baş redaktoru hüquq-mühafizə orqanlarına müraciət etdi
“Mətbuat Şurası və hüquq mühafizə orqanlarının reket jurnalistika ilə aparıdığı mübarizə daha da aktivləşməlidir. Çünki bu cirkin işlə məşğul olanlar aparılan mübarizənin nəticələrindən asılı olaraq daha iyrənc yollar axtarmaqdadırlar”. Bolgexeber.com xəbər verir ki, bu sözlər Bizimxeber.com saytının yaydığı bəyanatdandır.
Bəyanatda deyilir ki, onların adından bəzi üzdəniraq “jurnalistlər” rüşvət tələb edirlər. “Təsəvvür edin ki, indi bu əməl sahibləri özlərini başqa qəzet və xəbər portallarının rəhbəri və ya əməkdaşı kimi təqdim edərək telefon vasitəsilə müxtəlif vəzifəli şəxslərdən, idarə müdirlərindən müxtəlif yollarla pul qoparmağa çalışır, əks təqdirdə onlar barədə ağızlarına gələni yazacaqlarını deyirlər. Bir çox hallarda isə iyrənc məqsədlərinə nail olurlar”.
“Bizimxeber.com”-a daxil olan məlumata görə, bu işlə məşğul olan və jurnalistikanın nə olduğunu bilməyən bu “adamlar” portalın baş redaktoru Ədil Hüseynli və ya xəbər portalının redaktorları adından dəfələrlə idarə müdirlərindən, texnikum direktorlarından və müxtəlif şəxslərdən rüşvət tələb edib və hətta istəklərinə nail də olublar. “Qeyd edək ki, bu işlə məşğul olan reket jurnalistlər ölkədə fəaliyyət göstərən nifuzlu qəzet, inormasiya agentliyi və ya xəbər portallarının adından çox məharətlə istifadə edərək rüşvət alırlar”.
“Bizimxeber.com” xəbər portalı bəyan edir ki, bütün idarə müdirlərinə, vəzifəli şəxslərə, şirkət sahiblərinə, kollec direktorlarına xəbərdarlıq edirlər ki, bu əməl sahibləri onlara telefon açarkən onların kimliyini dəqiqləşdirsinlər. “Hansı məqsədlə və hansı ad altında zəng etdiklərini öyrənin, onlardan vəsiqə tələb edin və bizim adımızdan sizlərə zəng edən hər bir şəxsin adını dəqiqləşdirdikdən sonra 050 514-27-84, 055 838-47-17 və ya (012) 520-07-96 nömrəli telefonlarla əlaqə saxlayın. Həmçinin “Bizimxeber.com” xəbər portalının baş redaktoru Ədil Hüseynli olaraq Respublikanın Baş prokuroru Zakir Qaralovdan, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan, Daxili İşlər Naziri Ramil Usubovdan xahiş edirəm ki, bu cinayət əməli ilə məşğul olanların kimliyinin araşdırılıb üzə çıxarılması üçün ciddi göstərişlər versinlər. Eyni zamanda bu şəxslərin tapılması üçün həm bizə, həm də Mətbuat Şurasına yaxından yardımçı olsunlar”.
Bəyanatda bildirilir ki, sayt rəhbərliyi hüquq mühafizə orqanlarına rəsmi qaydada da müraciət ünvanlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər