BolgeXeber.Com » Media » “Gözləri” ilə məni utandırdı...

“Gözləri” ilə məni utandırdı...

16-01-2012, 15:00
Oxunub: 5 890 Dərslər başlayıb. Qiyabi təhsil aldığım üçün seminar, imtahanlar üst-üstə düşür. Sözün qısası patok hər birisi ilə danışıb, tanış olmağa vaxtım yoxdur. Nəzərə alsaq ki, 90 tələbə var, bu ehtimal daha da azalır. Adını fəxrlə çəkə biləcəyim bir qrup yoldaşım bu gün məni heyrətə gətirdi. Heyrətimi, düşüncəmi,beynimdə və ureyimdə baş qaldıran təlatümləri izah etməyə bəlkə də sözlər çətinlik çəkəcək. Qrup yoldaşımın adını çəkməyəcəm. Bunu təəssüflə qeyd edirəm. Çünki hər birinizin onu tanımasını istərdim. Ancaq hər halda ehtiyat edirəm...

Mən onu başqa tələbələrdən fəallığı ilə fərqləndirirdim. Seminarlarda inanılmaz dərəcədə mükəmməl dərs danışması, imtahanlardan əla nəticələrlə çıxması heç şübhə yeri yaratmırdı. Mənə elə gəlirdi ki, onun gözləri zəif görür. Düşünürdüm ki, yəqin kitabla sıx əlaqədə olduğundan və ya başqa səbələrdən dolayı gözlərindı problem var. Ancaq bu mənim diqqətimi o qədər də çəkmirdi. Çünki mən özümdə eynəkdən istifadə edirəm. Yanılmışam mən.. Onun gözləri doğulduğu andan GÖRMƏ qabiliyyətin itiribmiş. Bəli, neçə vaxtdır bir otaqda oturduğum, dərs danışarkən dinlədiyim qızın gözləri görmürmüş. Çox təəccübləndim. Axı necə ola bilərdi? Necə hiss etməmişdim? Dəsrlərinə bu qədər mekəmməl necə hazırlaşa bilirdi?
Öyrəndim ki, anasında hər gün dərsini yüksək səslə oxumasını istəyir və beləliklə mükkəməlin üstendə bir yaddaşa sahib olduğu üçün dinləyərək öyrənirmiş. Heç hiss olunmurdu...
Ancaq mən nədənsə bunu öyrənəndə ona yazığım gəlmədi, kövrəlmədim. Bizə YAZIĞIM gəldi. O bizə ki- görə bilən, danışa bilən, eşidə bilən, gəzə bilən biz sahib olduqlarımızın dəyərini bilmirik. Həyat sanki bizə hər zaman hər şeyi bəxş edəcəkmış kimi yaşayırıq. Halbuki heç kim hər zaman üçün görə biləmkdən və ya gəzə bilməkdən siğortalanmayıb. Zaman-zaman özümündı naşükürlük etdiyimi xatirladım. Amma nə haqla? Mənə verilən gözdən, qulaqdan, əldən, ayaqdan utandım. Təbii ki, mən istisna hal deyiləm. Aramızda belələrimiz çoxdur.
Bizə bəxş olunanların dəyərini yalnız itirəndən sonra anlayırıq. Cəsarətimi toplayıb onunla danışmaq istədim. Amma bacarmadım. Çünki insan özünü güclü biri ilə qarşı qarşıya qoymaq istəmir. Məğlub ola biləcəyindın ehtiyat edir. Yəqin ki, mən də buna görə danışa bilmədim.Onun cəsarəti, müsbət enerjisi mənim cəsarətimi boğdu. Anladım ki, insanın gücü onun yalniz beynində, qəlbində, ruhunda ola bilər...
Bu yazını yazmaqda məqsədim sadəcə həyatı GÖRMƏYİNİZİ istəmək arzusundan gəldi. O gözlər ki, cisimləri, varlıqları görmədən, sevgi ilə görə bilməyi bacarmaqdır...

Çinarə Rüstəmzadə