Dünyanın ən populyar qəzet saytı hansıdır?
27-01-2012, 12:20
Oxunub: 5 617
Britaniyanın "The Daily Mail" tabloidinin saytı dünyanın ən populyar internet-qəzeti adını alıb.
Bolgexeber.com bildirir ki, "ComScore" şirkətinin apardığı hesablamaların nəticələri belədir. Britaniya tabloidi populyarlıq baxımından ABŞ-ın məşhur "The New York Times" qəzetini geridə qoyub.
Ötən il "Mail Online" saytına 45,3 milyon, "NYTimes" saytına isə 44,8 milyon insan baxıb. "Mail Online" saytının baş redaktoru Martin Klarkın dediyinə görə, saytın oxucularının artımı ABŞ vətəndaşlarının hesabınadır.
Lakin mütəxəssislər hesab edirlər ki, "Mail Online" ona məxsus "This is Money" saytının da göstəricilərini hesabladığı üçün liderdir. Halbuki "NYTimes" ona məxsus "Boston Globe"un saytının oxucularını da hesablasaydı, dünya lideri olardı.
Dünya qəzetləri arasında ən populyar saytlara malik media strukturları arasında ilk beşlikdə sonrakı yerləri "USA Today", "The Tribune" və "The Guardian" tuturlar. "The Daily Mail" saytı şou-biznes xəbərləri və qalmaqallı informasiyalara üstünlük verir. "Offlayn" satışlarda isə bu qəzet Britaniyada "The Sun"dan geridədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər