BolgeXeber.Com » Media » Xanım baş redaktorun “Sevgililər günü”ndə toyudur

Xanım baş redaktorun “Sevgililər günü”ndə toyudur

13-02-2012, 11:50
Oxunub: 5 170 Azərbaycanda gündəlik nəşrlərdən biri - “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova ailə həyatı qurur. Baş redaktorun sabah, fevralın 14-də Bakıdakı “Monte Kristo” restoranında toyu olacaq.

Sevinc Seyidova Bolgexeber.com-a xəbəri təsdiqləyib və bildirib ki, o, Azərbaycan vətəndaşı, Bakıda yaşayan Roman adlı bəylə evlənir. Gələcək həyat yoldaşının inşaat sektorunda çalışdığını bildirən Sevinc xanım onunla rəsmi tədbirlərdən birində tanış olduğunu söyləyib.

Bolgexeber.com da Sevinc Seyidovanı təbrik edir!