BolgeXeber.Com » Media » Xose Bernardo da ANS-dən getdi

Xose Bernardo da ANS-dən getdi

24-02-2012, 11:50
Oxunub: 5 710 ANS-də işçilərin televiziyanı tərk etməsi davam edir. Şirkətdən Bolgexeber.com-a daxil olan məlumata görə, telekanalın qaradərili aparıcısı Xose Bernardo televiziyanı tərk edib.

Şikrkətdəki mənbənin verdiyi məlumata görə, X. Bernardonun işdən çıxmasının səbəbi maaşından tutulmasıdır. ANS ÇM-də reklam rolikini aparıcısı olan Bernardo işə gec gəldiyindən veriliş baş tutumayıb.

Şirkət rəhbərli isə Bernardonun məsuliyyətətsizliyi nəticəsində ANS-ə 84 manat ziyan vurmasını əsas gətirərək həmin pulu onun maaşından tutub. Bu isə X. Bernardonun hiddətləndirib və ərizəsini yazaraq televiziyanı tərk edib.

Qeyd edək ki, ANS-də qaradərili aparıcının çalışması maraqlı bir nümunə kimi mövcud idi.