BolgeXeber.Com » Media » Qəzet redaktoruna 1 il 6 ay iş verdilər

Qəzet redaktoruna 1 il 6 ay iş verdilər

7-03-2012, 20:10
Oxunub: 5 119 Bu gün Abşeron rayon Məhkəməsində “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Vəkil Ramil Məmmədovun Bolgexeber.com-a verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, R. Bayramov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə aşkarlanıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq tapılıb.