Vasif Turanın Hüquqlarını Müdafiə Komitəsi yaradılır
14-03-2012, 14:45
Oxunub: 5 651
İki uşağını itirmiş baş redaktorun problemləri sabah RATİ-də müzakirə olunacaq
Ötən ilin oktyabrında Qobudakı evinin yanması nəticəsində iki övladını itirmiş Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Hüquqlarını Müdafiə Komitəsi yaradılacaq. Bu barədə Vasif Turan özü məlumat verib.
O deyib ki, bununla bağlı sabah saat 14:30-da RATİ-nin Mətbuat Mərkəzində toplantı keçiriləcək. Onun bildirdiyinə görə, komitənin yaradılmasını təşkil edənlər arasında ölkə mətbuatının nümayəndələri, QHT və ictimai birliklərin nümayəndələri var.
Belə bir addımın atılmasının səbəblərinə gəldikdə isə Vasif Turan deyib ki, evinin yandırılmasından sonra aparılan istintaq işi və verilmiş ekspertiza rəyindən şikayətçi olması, istintaqın qeyri-obyektiv aparılması, habelə bu cinayəti üstünün açılmamasıdır. “Əlimizdə myetərli qədər dəlillər olduğu halda işi “qısqapanma” ilə ört-basdır etmək istəyirlər. İstintaqa bununla bağlı etirazımı bildirmişəm. Vəkilimlə də danışdıq və onun təşəbbüsü ilə belə bir komitənin yaradılması qərarlaşdırıldı”.
Baş redaktor daha sonra bildirib ki, evinin yandırılması məsələsinin araşdırılması və bu cinayətin üstünün açılması ilə bağlı sonadək mübarizə aparacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər