BolgeXeber.Com » Media » Mətbuat şurasi jurnalitlə bağli baş prokurora müraciət edib

Mətbuat şurasi jurnalitlə bağli baş prokurora müraciət edib

14-03-2012, 23:25
Oxunub: 5 117 “ Mətbuat Şurası «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video-görüntülərin yayılmasını pisləyir”.

Bolgexeber.com bildirir ki, bu barədə Şuranın məsələ ilə əlaqədar baş prokuror Zakir Qaralova ünvanladığı müraciətində bildirilib.

Müraciətdə qeyd olunub ki, Azərbaycanda hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlıq hüququ ölkə qanunvericiliyi ilə qorunur: ““Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı yayılmış video-görüntü bu baxımdan yolverilməzdir”.

Müraciətdə daha sonra bu cür görüntülərin yayılmasının etik çərçivədən kənara çıxılması faktı olduğu vurğulanıb: “ Xədicə İsmayılovanın məruz qaldığı vəziyyətin peşə fəaliyyəti ilə bağlılığına dair müəyyən mülahizələr var. Belə fikirlər isə təkcə yerli jurnalistlərin deyil, bütövlükdə dünyanın media ictimaiyyətinin ölkəmizlə bağlı fikirlərinə təsir edir. Buna görə də Sizdən məsələnin hərtərəfli araşdırılmasına, Xədicə İsmayılova ilə bağlı etik çərçivədən kənara çıxan video-görüntünün hazırlanmasına və dövriyyəyə buraxılmasına hüquqi qiymət verilməsinə kömək göstərməyinizi xahiş edirik”.
Qeyd edək ki, bu gün internetdə “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntü yayılıb.