Xədicə İsmayil ölkəni tərk edir
17-03-2012, 13:05
Oxunub: 5 981
“Mənim ölkədən qaçdığım donu geyindirməsinlər...”
Dünən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun(RATİ) ofisində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı başlayan qarayaxma kampaniyası ilə bağlı hüquq müdafiəçiləri, jurnalistlər və ictimaiyyət nümayəndələrinin toplantısı keçirildi.
“Turan” nın rəhbəri Mehman Əliyev bildirdi ki, şantaj kampaniyasını araşdırmaq məqsədilə Şahvələd Çobanoğlunun rəhbərliyi ilə təhqiqat qrupu yaradılıb və 10 gün müddətində ilkin hesabat hazırlanacaq.
M.Əliyev dedi ki, CNN X.İsmayila qarşı təşkil olunan şantajla bağlı araşdırma hazırlayır və telekanal hökumətə sorğu göndərib.
X.İsmayıl çıxışında yenə hakimiyyəti ittiham etdi.
Jurnalist hazırda üç araşdırma yazı üzərində işlədiyini bildirdi: “Onlardan biri Dövlət Bayraq Meydanı ilə bağlıdır”. X.İsmayıl hesab edir ki, onun şantaj olunması ilə bağlı göstəriş Prezident Administrasiyasından gəlib. Jurnalist Aynur Elgünəş hadisəyə hələ də münasibət bildirməyən qadın jurnalist təşkilatlarını qınadı. A.Elgünəş hüquq müdafiəçilərinə də irad bildirdi: “Yaşlı qadınlardır. Onlar nədən çəkinirlər?”
RATİ-nin Bakı ofisinin rəhbəri Emin Hüseynov bildirdi ki, X.İsmayilla bağlı “Yeni Azərbaycan” qəzetində dərc olunan yazı qəzetin saytından yığışdırılıb: “Hakimiyyət hakim partiyanın orqanı olan bu qəzetdə məqalənin dərc olunması ilə şantaja imza atdı. Məqalənin saytdan yığışdırılması heç nəyi dəyişdirməyəcək”.
Hüquq Müdafiəçisi Arzu Abdulla və DEVVAMM-nin rəhbəri Hacı İlqar İbrahimoğlu bildirdilər ki, X.Ismayıla qarşı kampaniyaya qarşı davamlı reaksiya vermək lazımdır. X.İsmayil bildirdi ki, martın sonunda peşə fəaliyyəti ilə əlaqədar bir neçə Avropa ölkəsində təşkil olunan konfransa qatılacaq: “Bunu indidən deyirəm ki, səfərimə mənim ölkədən qaçdığım donu geyindirməsinlər. Konfranslar yekunlaşanda Bakıya qayıdacağam”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər