BolgeXeber.Com » Media » Günel Mövlud istefa verib

Günel Mövlud istefa verib

18-03-2012, 14:45
Oxunub: 4 997 "Bunu etməsəydim, ömür boyu bir sətir də yaza bilməzdim"

O, musavat.com-a veridiyi açıqlmada bildirib ki, buna səbəb saytda gənclərin şənbə mitinqiylə bağlı qərəzlli yazıların getməsi olub: "Bu istefama görə özümü çox yüngülləşmiş hiss edirəm. İlk ciddi seçim qarşında qalanda ədaləti seçdiyimə görə öz vicdanımla haqq-hesabımı çürütmüş oldum. Əgər bunu eləməsəydim, sonra ömür boyu bir sətir də yaza bilməzdim. Buna mənəvi haqqım olmazdı. Bu qəhrəmanlıq deyil, ictimai təfəkkürə malik vətəndaş addımıdır."

O, AzadlıqRadiosuna bunları deyib: "Dünən (martın 17-də - Ş.B) səhhətim pis olduğundan işə getməmişəm və bir neçə saat sayta nəzarət etməmişəm. Axşam saatlarında dostlarımdan xəbər gəlib ki, saytda gənclərin mitinqiylə bağlı qeyri-peşəkar və tərəfli xəbərlər gedib. Açdım və gördüm ki, doğrudan da mitinqlə bağlı rəsmilərlə yanaşı ciddi ictimai persona olmayan şəxslərə istinadən xəbərlər verilib. Aksiyaçı gənclərin ünvanına təhqiramiz ifadələr işlədilib. Dərhal təsisçi ilə əlaqə saxladım və tələb etdim ki, həmin yazılar saytdan çıxarılsın. Üstəlik biz oxuculardan üzrxahlıq edək. Razılaşmadı. Mən də bu məsuliyyətin altına girə bilməzdim. Ona görə istefa verməyə məcbur oldum".

Saytda mitinqi müşahidə etdiyini söyləyən jurnalist Turan İbrahimovun fikirləri yerləşdirilib. O aksiyaya qatılan gənclərin əksəriyyətinin sərxoş olduğunu, küçə söyüşləriylə danışdıqlarını və əlbəyaxa dava etdiklərini bildirib.

Təsisçisi keçmiş deputat, həmçinin bir vaxtlar Müsavat Partiyasının üzvü, «Yeni Müsavat» qəzetinin köşə yazarı olmuş Aynur Camalqızıdır.