BolgeXeber.Com » Media » “Trend” Zaur Quliyevlə bağlı açıqlama yaydı

“Trend” Zaur Quliyevlə bağlı açıqlama yaydı

23-03-2012, 12:40
Oxunub: 5 241 “Onun Trend-in bölgə müxbiri olması barədə yayılan məlumat heç bir həqiqəti əks etdirmir”

“Trend İnformasiya Agentliyinin Quba rayonunda Zaur Quliyev adlı bölgə müxbiri yoxdur”. Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə agentliyin Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli deyib. Hüseynlinin sözlərinə görə, bəzi KİV-lərdə Quliyevin Trend-in bölgə müxbiri olması barədə yayılan məlumat heç bir həqiqəti əks etdirmir. “Trend yayılan məlumatları təkzib edir və yoxlanılmadan, qarşı tərəfin mövqeyi olmadan bu cür məlumatların yayılmasından təəssüflənir”.

Qeyd edək ki, “Turan” İnformasiya Agentliyi Quba hadisəsi ilə bağlı hazırda üç jurnalistin həbsdə olduğunu, onlardan birinin isə “Trend” informasiya agentliyinin bölgə müxbiri Zaur Quliyev olması barədə xəbər yaymışdı. Zaur Quliyevin vəkili Səfər Hüseynov “Turan”a bildirmişdi ki, jurnalist Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur, Nəsimi Rayon Məhkəməsi onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.