Putinin qızının 2 milyard sərvəti var-FOTO
11-11-2015, 13:49
Oxunub: 5 073
Oliqarxın oğlu ilə evli olan Yekatrinanın 2 milyard dollar sərvəti olduğu üzə çıxıb
Dövlət başçılarının, prezidentlərin övladları, onların şəxsi həyatı hər zaman cəmiyyət üçün maraqlı olub. Xüsusilə ilə əgər haqqında bəhs edilən şəxs dünyanın ən nüfuzlu insanıdırsa. Söhbət bütün dünyanın haqqında danışdığı Rusiya prezidenti Vladimir Putindən gedir.
ANS PRESS-in məlumatına görə, Putinin Lyudmila adlı xanımdan iki qızının olduğu bəllidir. Lakin bir müddət əvvəl onun daha bir qızı olduğu haqqında məlumatlar yayılıb. Sən demə "Milli intelektual inkişaf" fondunun rəhbəri Yekatrina Tixonova əslində Putinin əslində kiçik qızıdır.
Moskva Dövlət Universitetində (MDU) işləyən Yekaterina Tixonova həm də gimnastika ilə məşğul olur.
Yekatrina Tixonova həm də rəqqasədir.
Rusiya dövlət başçısının övladlarını mətbuatdan uzaq tutmağa çalışdığı zamanda onun qızı olduğu iddia edilən 29 yaşlı Yekatrina haqqında maraqlı bir məlumat yayılıb. Bir bankir oğlu ilə evli olan qızın 2 milyard dollara sərvətə malik olduğu üzə çıxıb.
"Reuters"in araşdırmasına görə, Yekatrina Putinin köhnə dostlarından olan Nikolay Şamalovun oğlu Kirill Şamalovun həyat yoldaşı kimi tanıdıb. Dünyanın aparıcı xəbər agentliyi "Qazprombank"ın rəhbəri Andrey Akimovun sözlərinə istinadən bu barədə məlumat yayıb.
Gənc qızın evli olduğu şəxsin atası N.Şamalov "Bank Rossiya"nın ortaqlarından biridir. Gənc cütlüyün sərvətinin böyük hissəsinin mənbəyi Şamalovun Putinin keçmiş dostlarından olan oliqarx Gennadi Timçenkonun sahaib olduğu təbii qaz və neft-kimya şirkəti olan "Sibur"un 21 faizlik səhmlərini almasıdır.
Rusiya prezidentinin mətbuat katibi isə adıçəkilən qızın Putinin övladı olma sı barədə iddiaları təkzib edib.
Dmitri Peskov ölkə rəhbərinin övladları barədə hər hansı məlumata malik olnmadığını da deyib. "Putinin qızları barədə məlumat vermək mənim səlahiyyətlərimə daxil deyil".
Rusiya liderinin qızları haqqında demək olar ki, heç bir məlumat yoxdur.
Yekatrina-Kril cütlüyünün sahib olduğu varidat arasında Fransanın sahil qəsəbəsi olan Biarritzdə yerləşən 3,7 milyon dollarlıq villada var. Onlar bu mülkü də Timçenkodan alıblar.
"Forbes" jurnalının yazdığına görə, Timçenko 11.9 milyard dollarlıq sərvəti ilə dünyanın 118, Rusiyanın isə 9-cu ən varlı insanıdır.
Rəsmi məlumatlara görə, Putinin iki qızı var. 30 və 29 yaşları olan Mariya, Yekatrina.
Bolgexeber.com









Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm