“Qorotdel” rəhbərliyi informasiya agentliyini məhkəməyə verdi
6-04-2012, 12:25
Oxunub: 5 022
Rüşvət məsələsi DIN-i qarişdirib
Bakı Şəhər Baş Polis İdarəsi informasiya agentliyinin direktorunu məhkəməyə verməyə hazırlaşır. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, martın 31-də Bakı İnformasiya Agentliyinin saytında (bia.az) vətəndaş Mahmud Tağıyevin adından daxili işlər naziri, general-polkovnik Ramil Usubova açıq məktub ünvanlanıb. Məktubda 2002-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin şöbə rəisinin guya həmin vətəndaşı Abşeron Rayon Polis Şöbəsinə sahə inspektoru vəzifəsinə təyin etdirmək üçün külli miqdarda rüşvət alması göstərilib.
“Qeyd etməyi lazım bilirik ki, bu məsələ Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb, təsdiqini tapmayıb, böhtan olduğu məlum olub. Odur ki, Baş İdarə böhtan xarakterli məktubun müəllifi Mahmud Tağıyevi və böhtanı mətbuatda yayımlayan Bakı İnformasiya Agentliyinin direktoru Sudef Məcidovu məhkəməyə verməyə hazırlaşır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər