Sulutəpədə çəkiliş aparan jurnalist döyülüb
18-04-2012, 13:30
Oxunub: 5 228
Sulutəpədə çəkiliş aparan jurnalist döyülüb
Sulutəpədə 4-cü mədən deyilən ərazidə Dövlət Neft Şirkərinin əməkdaşları və polislər hadisə yerində çəkiliş aparan jurnalistlərə qarşı zorakılıq edib.
"Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva AzadlıqRadiosuna bildirib ki, RATİ-nin əməkdaşı İdrak Abbasov ciddi xəsarətlər alıb: "Məni də yumruqla vurdular, amma İdrakı daha pis vurublar. İndi onu təcili yardım maşını ilə xəstəxanaya aparırıq".
Günay Musayeva deyir ki, evlərin sökülməsinə etiraz edən sakinlərə qarşı da zorakılıq baş verib.
Sakinlərlər ARDNŞ mühafizəçiləri arasında qarşıdurma
Aprelin 18-də bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri Bakının Sulutəpə qəsəbəsinə girişi kəsiblər. Əməkdaşımızın verdiyi məlumata görə, Sulutəpə qəsəbəsində ARDNŞ-nin öz ərazisi saydığı hissədə olan evləri sökdüyü üçün sakinlərlə neft şirkətinin əməkdaşları arasında qarşıdurma olub.
Əməkdaşımız bildirir ki, ARDNŞ-in mühafizəçiləri jurnalistlərin olduğu taksiyə hücum ediblər və avtomobilin şüşələrini sındırıblar. Onlar jurnalistlərin hadisə yerinə getməsinə şərait yaratmayıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər