Tağı İbrahimov ATV-dən çıxarıldı
14-05-2012, 16:20
Oxunub: 5 005
ATV kanalında ciddi dəyişiklik baş verib. Telekanalın rəhbəri Tağı İbrahimov vəzifəsindən uzaqlaşdırılıb.
Bolgexeber.com xəbər verir ki, ATV-yə yeni rəhbər Vüqar Qaradağlı təyin olunub. V. Qaradağlı media sahəsində mühüm işlərdə çalışıb. O, 1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək) Vüqar Qaradağlı “Mərkəz” qəzetinin baş redaktoru olub.
ATV-dəki mənbələrdən isə Lent.az-a bildirilib ki, bu dəqiqələrdə rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib.
Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə Lent.az-ın sualına bir cümlə ilə cavab verib: "Bilmirəm kim gəlir, amma biz getdik..."
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər