Yeni televiziyanın rəsmi açılışı oldu
14-05-2012, 16:25
Oxunub: 4 593
Bir neçə gün əvvəl Azərbaycanda yeni televiziyanın, “MuzTV” telekanalının rəsmi açılışı olub.
Bu barədə telekanalın direktoru, “Araz FM” radiosunun sabiq baş redaktoru Vüsalə Kərimova məlumat verib. Onun sözlərinə görə, yerli klublardan birində təşkil edilən açılış mərasimi üç saat ərzində canlı yayımlanıb.
V. Kərimova deyib ki, 24 saat fəaliyyət göstərən yeni telekanal həm internet, həm də peyk vasitəsilə yayımlanır. Kanalın direktoru telekanalda hər gün Azərbaycanın hit kliplərinin, klassik əsərlərin, reportajların, sənətçilərə, müğənnilərə həsr olunan verilişlərin nümayiş olunduğunu deyib.
Hazırda verilişlərin aparıcısız təqdim olunduğunu bildirən kanal direktoru gələn həftədən etibarən aparıcıların da efirdə görünəcəyini qeyd edib: “Aparıcılar arasında tanınmış simalar yoxdur. Əsasən, yeni kadrlardan ibarət olacaq yaradıcı heyət efir üzü görməyən şəxslərdir. Müəyyən məşqlər gedir. Gələn həftədən etibarən efirdə görünəcəklər”.
Kanalın əsas aparıcı xəttinin musiqinin təbliğatı olacağını deyən Vüsalə Kərimova burada ancaq şou verilişləri, konsertlərin, müğənnilərin solo konsertlərinin yayımlanacağını qeyd edib.
Hazırda “Muz TV”-yə connekt.tv-nin və Ailə.tv-nin imkanlarından yararlanaraq baxmaq mümkündür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər