ANS-in Baş direktoru dəyişdi
6-06-2012, 12:05
Oxunub: 7 046
ANS Müstəqil Yayım və Media Şirkətində (ANS TV) kadr dəyişikliyi olub.
Şirkətin baş direktoru Sevda Həsənova (Böyük Seva) vəzifəsindən gedib. O, ANS Press-ə rəhbər vəzifəyə təyin olunub. Bu barədə məlumatı ANS-in İctimai əlaqələr üzrə müşaviri Mais Məmmədov da təsdiqləyib. M. Məmmədov deyib ki, S. Həsənova öz istəyilə əvvəlki vəzifəsindən istefa verib: “Çox ağır iş idi. Bütün maliyyə, texniki məsələlər ona baxırdı. Yorulmuşdu artıq. Yenidən jurnalistika ilə, yazı-pozu ilə məşğul olmaq istəyirdi. Ona görə də, onu “ANS Press”ə rəhbər təyin etdik. Həm də ANS Press Nəşriyyat evinin buraxdığı bütün jurnalların nəşri də Sevdanın nəzarətində olacaq”.
Qeyd edək ki, S. Həsənovanın yerinə ingiltərəli Ann Tomson gətirilib. M. Məmmədovun sözlərinə görə, yeni təyin olunan xarici mütəxəssis vəzifəsinin icrasına başlayıb. Ümid edirik, belə çətin işin öhdəsindən gələcək və vəzifəsini davam etdirəcək.
Xatırladaq ki, Sevda Həsənova 2007-ci ildə “anspress.com” internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007-2009-cu illərdə ““ANS-Press” Nəşriyyat Evi” MMC-nin prezidenti olub. 2009-cu ilin oktyabr ayından “ANS-ÇM” Yayım və Media Şirkətinin Baş Direktoru kimi fəaliyyət göstərib. “ANS Şirkətlər Qrupu” MMC-nin Direktorlar Şurasının üzvüdür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər