Rauf Arifoğlu qalmaqaldan danışdı
29-06-2012, 16:20
Oxunub: 5 304
Vicdan məhbusu, AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli “Yeni Müsavat” qəzetindən siyasi məhbuslar kimi, onun və Vidadi Isgəndərlinin fotolarının yığışdırılmasını doğru addım saymır.
Ş.Həsənlinin bununla bağlı etiraz məktubu dünən “Azadlıq”da dərc olunandan sonra “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu məsələyə münasibət bildirib.
Vicdan məhbuslarının fotolarının rəhbərlik etdiyi qəzetin səhifəsindən çıxarılmasına aydınlıq gətirən Rauf Arifoğlu hesab edir ki, bu məsələ ilə əlaqədar onlara ünvanlanan qınaq əsassızdır: “Hesab edirəm ki, bu fakta görə ”Yeni Müsavat"I qınamaq doğru deyil. Bəxtiyar Hacıyev həbsxanadan şəxsən mənə məktub yazmışdı ki, vicdan məhbuslarının siyahısında onun adı niyə getmir? O məktubdan sonra mən dərhal onun şəklini siyahıya saldım. Şahin Həsənli də bunu ictimailəşdirmədən arzusunu bizə çatdıra bilərdi ki, iki nəfərin şəklinin yenidən həmin yerdə getməsini istəyirlər".
Baş redaktor deyir ki, Şahin Həsənli və Vidadi Isgəndərlinin fotoları qəzetdəki konkret yerdən götürülsə də, “Yeni Müsavat”da onların hər ikisi haqda şəkilləri də verilməklə, hər gün xəbər çap olunur: “Bizə onların fotolarının dərcini davam etdirmək haqda hər hansı mesaj, tapşırıq, xahiş daxil olmayıb. Bundan əvvəl vicdan məhbuslarının şəkilləri verilərkən bu, ümumi razılaşma əsasında olmuşdu. Biz daxili bir qərar verdik ki, hər gün bu iki şəxsin fotosu və xəbəri dərc olunsun. Şahin Həsənlinin bizi qınadığı gün də qəzetimizin 6-cı səhifəsində hər iki məhbus haqda yazı və şəkil dərc olunub. Allah onların qapısını açsın, biz sonuna qədər bu istiqamətdə işimizi davam etdirəcəyik”.
azadliq.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər