İranda tutulan şairlərimizlə bağlı şok xəbər
28-06-2012, 15:00
Oxunub: 4 843
İyunun 28-də İran saytları - “Arannews.ir” və “Rajanews.com” bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib.
“Arannews.ir” söhbətin hansı Azərbaycan vətəndaşlarından getdiyini qeyd etməyib, ad çəkməyib.
“Rajanews.com” isə söhbətin şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadədən (Şəhriyar Del Gerani) getdiyini yazıb. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçalmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar.
“Rajanews.com” eyni zamanda gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu iddia edib.
Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Təbrizdə tutulublar. Onlar İrana poeziya bayramında iştirak üçün gediblər. /mediaforum.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər