Xədicə İsmayılovanın məhkəməsi olacaq
18-07-2012, 18:40
Oxunub: 4 768
Jurnalist Xədicə İsmayılovanın mətbuat orqanlarından verdiyi şikayətlər üzrə məhkəmə prosesləri olacaq.
İyulun 18-də “Media forum” saytına danışan Xədicə İsmayılova deyib ki, “İki sahil” və “Yeni Azərbaycan” qəzetlərini haqqında birtərəfli yazılar dərc etməkdə günahlandıraraq məhkəməyə verib: “İyulun 31-də Səbail Rayon Məhkəməsində “Yeni Azərbaycan” qəzetinə qarşı qaldırdığım iddiaya baxılacaq. Avqustun 8-də isə Yasamal Rayon Məhkəməsi “İki sahil” qəzetindən şikayətimə baxacaq”.
Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şəxsi həyatına aid məlumatların açıqlanacağı ilə hədələnib. Ona susmaq təklif olunub. Bir neçə gün sonra internetdə jurnalistin şəxsi həyatına aid video yayılıb. Bunun ardınca hakimiyyətə yaxın bəzi media quruluşlarında jurnalisti qınayan yazılar dərc olunub.
Martın 15-də Baş Prokurorluq cinayət işi qaldırıb. Xədicə İsmayılovanın işi şəxsi həyatın toxunulmazlığını pozma motivi üzrə araşdırılır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər