BolgeXeber.Com » Media » Zeynəb Xanlarova sevinc içindədir

Zeynəb Xanlarova sevinc içindədir

30-07-2012, 13:35
Oxunub: 3 708 Zeynəb Xanlarova: “Suriyada muxalifətin “Qal sənə qurban” mahnısını marş seçməsinə çox sevindim”

Suriyada Hələb şəhərinin böyük hissəsini ələ keçirən müxalifət şəhər meydanında mitinq keçirib. Mitinqin ən maraqlı cəhəti isə Azərbaycanın məşhur "Qal sənə qurban" mahnısının ərəb dilində xorla səslənməsi olub. Qələbəni qeyd edən minlərlə müxalifətçi ərəbcə ifa edilən mahnının ritmi altında rəqs ediblər.
"Qal sənə qurban" mahnısının sözləri şair Mikayıl Müşfiqə, musiqisi bəstəkar Ələkbər Tağıyevə məxsusdur. SSRİ zamanında bu mahnı xalq artisti Zeynəb Xanlarovanın ifasında Türkiyə və Azərbaycanda çox məşhur idi.
Suriya muxalifətinin “Qal sənə qurban” mahnısının musiqisini özlərinə marş seçməsi xalq artisti Zeynəb Xanlarova tərəfindən sevinclə qarşılanıb.

Hazırda xaricdə istirahət edən millət vəkili Modern.az saytına açıqlama verib və deyib ki, xəbəri dünən eşidəndə çox sevinib:

“Ümumiyyətlə bu çox gözəl bir şeydir. Çox sevindirici haldır ki, bizim musiqimiz yad ölkənin marşına çevrilib. Mən özüm də buna çox sevindim. Minlərlə adam öz sevincini bizim musiqimiz altında rəqs edərək bildirib. Odur ki, buna ancaq sevinmək lazımdır”.