7 ayda güc strukturlarının verdiyi itkilərin sayı açıqlandı
30-07-2012, 13:35
Oxunub: 5 349
51 itki, 59 yaralı. Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri (28 iyuladək) - STATISTIKA
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 51 nəfər təşkil edib. Ötən müddətdə 59 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 11-i döyüş (11 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 37-i isə qeyri-döyüş itkiləridir.
5 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma), 4 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 4 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 45-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralıların və xəsarət alanların sayı 59 nəfər təşkil edib. Onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 11-i erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 6-ı bətbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 54 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər